Bakı Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində “Məskunlaşma proqramı” ilə bağlı məsələni BMT və ATƏT qarşısında qaldıracaq. Bunu Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib.
Öncə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan bəyan edib ki, Dağlqı Qarabağın “Məskunlaşma proqramı” təhlükəsizliyin əsas qarantı olacaq. “Bu proqram sayəsində biz xalqımıza və dünyaya, həmçinin torpaqların verilməsi (Dağlıq Qarabağ ətrafında ərazilərin qaytarılması - İF) mövzusu ətarfında spekulyasiyalar edənlərə konkret ismarıc göndərəcyik ki, bizim torpaqları vermək məqsədimiz yoxdur, əksinə - bizim torpaqlarda həmvətənlərimiz yaşamalıdır”, - A.Vanetsyan qeyd edib.
“Azərbaycan, öz tərəfindən, bu məsələni BMT, ATƏT və digər aparıcı beynəlxalq təşkilatlar çərçivəsində qaldıracaq. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistanın yüksək siyasi rəhbərliyinin nümayəndələrinin bu kimi addımlarını qəti şəkildə pisləyən bəyanatla çıxış etməyə çağırırıq", - L.Abdullayeva “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, A.Vanetsyanın bəyanatı ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəhbərliyi altında aparılan danışıqların mahiyyəti və məntiqi, xüsusilə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçirilən sonuncu görüşünün nəticələri ilə ziddiyyət təşkil edir.
“Mahiyyət etibarilə bu, danışıqlar prosesini məhv etmək və həmsədrlərin fəaliyyətini heçə endirmək cəhdi deməkdir. Digər tərəfdən, bu bəyanat Ermənistanın Azərbaycanın torpaqlarının işğalında birbaşa iştirak etdiyinin növbəti aşkar göstəricisidir və Ermənistanın 1949-cu il Cenevrə Konvensiyaları və Əlavə Protokollarına zidd olaraq həyata keçirdiyi qeyri-qanuni köçürmələr siyasəti də daxil olmaqla bu ərazilərin ilhaqı planlarına bəraət qazandırmaq cəhdidir”, - o vurğulayıb.
L.Abdullayeva əlavə edib ki, “bu kimi təxribat xarakterli çıxışların bütün mümkün mənfi nəticələrinə görə məsuliyyəti məhz Ermənistan daşıyır”. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət