Fevral ayında Sumqayıt hadisələrinin 31-ci ildönümü və Xocalıda törədilən qətliamın 27-ci ildönümü tamam olub. Sumqayıt hadisələri Azərbaycana qarşı erməni təcavüzünün başlanğıc nöqtəsi hesab edilir, Xocalı soyqırımı isə ermənilərin azərbaycanlılara qarşı qeyri-insani qəddarlığının ən yüksək nöqtəsi olub. Sumqayıt hadisələrindən sonra erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycandan zorla qoparılması kampaniyasına başladılar. Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva bu hadisələr barədə “İnterfaks-Azərbaycan” agentliyinə söz açdı.
1988-ci il fevralın sonunda Azərbaycan SSRİ-nin Sumqayıt şəhərində milli zəmində iğtişaşlar baş verdi. Siz bu hadisələri necə xarakterizə edərdiniz?
Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı dərindən düşünülmüş və dəqiq planlaşdırılmış təxribat idi. SSRİ Baş Prokurorluq tərəfindən aparılan istintaq zamanı iğtişaşların icraçısı və onunla əlbir olan şəxslər, ümumi sayı 32 nəfərdən ibarət qurbanlar müəyyən edildi, onlardan 6-sı azərbaycanlıdır. Hadisələrin səbəbkarı, ermənilərə qarşı yürüşə başçılıq edən və şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 nəfərə təcavüz edən etnik erməni Eduard Qriqoryan barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplandı. Sovet məhkəməsinin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan sonradan cəzasını çəkmək üçün Ermənistana köçürülüb, daha sonra isə azadlığa buraxılıb.
İğtişaşların erməni qurbanları barədə məlumat əvvəlcədən Sumqayıta gələn və münaqişənin başlanmasını gözləyən erməni jurnalistləri tərəfindən dərhal bütün dünyaya yayıldı. Dərhal Azərbaycan xalqına qarşı azğın böhtan kampaniyasına başlandı. Azərbaycan xalqı erməni təbliğat çarçıları tərəfindən “barbar” və “qaniçən” kimi təqdim olundu, guya “sivil” və “çox əzab görmüş” ermənilər heç bir vəchlə bu xalqla birlikdə yaşaya bilməzdi.
Sumqayıt iğtişalarından öncə və sonra baş verən hadisələrin inkişafı əyani surətdə bunların bir zəncirin halqaları olduğunu nümayiş etdirdi. Baş verənlər Dağlıq Qarabağ bölgəsinin “Miatsum” («Anschluss») şüarları altında Azərbaycandan zorla qoparılaraq Ermənistana verilməsi planından ibarət idi. Bu, olduqca çeynənmiş val artıq 30 ildən artıqdır fırlanır, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının ideoloji əsasını nasist meyllərinə yönəltməyə çalışırlar.
Sonrakı hadisələr onu göstərdi ki, bütün olanlardan erməni millətçiləri və etnikarası qarşıdurmanın qanlı izdihamı sayəsində Ermənistanda hakimiyyətə gələn “Qarabağ hərəkatı”nın liderlərinin xeyrinə idi. Bu məqsədlə, erməni ictimaiyyətinin şüurunu nəzarətə götürən daşnak xadimləri hələ 1980-ci illərin sonundan hələ o dövrdə Ermənistan SSRİ-də azərbaycanlıları tarix boyu sıx yaşadıqları rayonlardan zorla qovmağa başladılar. Bu, ermənilərin Dağlıq Qarabağa dair iddialarına cavab olaraq Azərbaycan tərəfindən cavab tələblərinin qarşısını almaq məqsədilə həyata keçirilirdi. Ermənistandan zorla qovulan azərbaycanlılar kütləvi şəkildə Azərbaycana, xüsusilə məhz Sumqayıta gəlirdilər. Aydındır ki, bunu törədən təşkilatçılar şəhərdə hadisələrin necə ictimai narazılıq və emosional mühit yaradacağını anlayırdılar. Bu şəraitdə erməni millətçiləri 1988-ci il 20 fevral tarixində Dağlıq Qarabağ Muxtar Vilayətinin XalqDeputatlarıSovetinin erməni deputatlarının bir hissəsini toplayaraq “miatsum” haqqında ərizə təqdim edirlər. Fevralın 22-də isə Azərbaycan SSRİ ərazisində Dağlıq Qarabağda erməni təcavüzünün ilk qurbanları olan iki azərbaycanlı öldürülür.
Ermənistan mətbuatında və sosial şəbəkələrdə çox vaxt Sumqayıt hadisələri və Xocalıda qətliam arasında paralellər çəkilir. Sizin fikrinizcə, bu hadisələrin törədilməsində əlaqə izlənilirmi?
Sumqayıt hadisələrinin təşkilində günahkar olan erməni millətçiləri və onların ideoloji davamçıları Xocalıda azərbaycanlılara qarşı soyqırım aktını Sumqayıtda baş verən hadisələrlə əlaqələndirməyə çalışırlar: guya bu, bir növ qisas idi. Bu paraleldə faktların növbəti dəfə təhrif olunması və məsuliyyəti başqalarının üzərinə atmaq cəhdi göz qabağındadılr. Çünki, bu hadisələrə obyektiv nəzər yetirsək, aydındır olur ki, hər iki faciə arasında yeganə paralel ondan ibarətdir ki, hər biri Ermənistanın təcavüzü çərçivəsində Azəbaycana qarşı planlaşdırılıb, hazırlanıb və həyata keçirilib
Qeyd olunduğu kimi, 27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası, həmçinin bir nəfər ölüm cəzası alıb. Yeri gəlmişkən, Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan zorla qovulması zamanı 217 azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülməyib. Lakin, Sumqayıt hadisələri ilə bağlı məhkəmə qərar qəbul etsə belə, Xocalıda soyqırımın törədilməsində günahkar olanlar hələ də cəzasız qalırlar. Bununla əlaqədar, Azərbaycan xalqına qarşı cinayətlərin ifşa olunması və onların beynəlxalq səviyyədə qınanması yeni yalanı törədən yalanlar silsiləsinə son nöqtəni qoyacaq. Qareqin Njdenin tsexakronizm nasist ideologiyasına əsaslanan Ermənistanın Azərbaycana qarşı təcavüzünün vəhşicəsinə mahiyyətinə dair həqiqətin yayılması regionumuzu gələcəkdə bu cür faciələrin təkrarlanmasından xilas etməyə qadirdir.
Söhbət etdi Fərdin İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət