Azərbaycan Xarici İşlər Nazirliyi və İsveçrə Xarici İşlər Federal Departamenti arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
XİN-dən verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, İsveçrə tərəfindən isə bu ölkənin Xarici İşlər Departamentinin dövlət katibinin müavini Kristina Marti Lanq rəhbərlik ediblər.
“Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda fikir mübadiləsi aparılaraq Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət müzakirə ediblər. Azərbaycan nümayndələri münaqişənin sülh yolu ilə həllinin vacibliyi vurğulanaraq İsveçrənin münaqişə tərəfləri arasında sülh danışıqları üçün platforma təqdim etməyə hazır olması yüksək dəyərləndiriblər”, - nazirliyin məlumatında deyilir.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd edilərək əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və İsveçrə arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
“Həmsöhbətlər iki ölkə arasında iqtisadi əlaqələr və qarşılıqlı sərmayələr, o cümlədən "Holcim”, "Stadler Rail Group” və digər İsveçrə şirkətlərinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədəki fəaliyyəti yüksək dəyərləndirilərək əməkdaşlığın, xüsusilə də iqtisadi sahədə daha da gücləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd ediblər”, - məlumatda qeyd olunur. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət