Azərbaycan hökuməti 2018-ci ildə beynəlxalq və kommersiya maliyyə-kredit təşkilatlarından $2 mlrd. 2,34 mln. məbləğində kreditin əldə olunmasını nəzərdə tutan 6 kredit sazişi imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycan $3 mlrd. 420,98 mln. ümumi məbləğdə 8 kredit sazişi imzalayıb.
“2018-ci 7 layihənin maliyyələşdirilməsi məqsədilə $2 mlrd. 2,34 mln. məbləğində 6 saziş imzalanıb”, - hökumətdən bildiriblər.
Xüsusilə, ötən il Azərbaycan hökuməti AYİB ilə $450 mln., AİB ilə $400 mln. məbləğində 2 saziş imzalayıb.
Bundan əlavə, sindikatlaşdırılmış kreditin cəlb olunmasına dair ($750 mln.), Credit Suisse AG bankı ilə (134 mln. İsveçrə frankı), «Qazprombank» ilə ($260 mln.) məbləğində saziş imzalanıb.
Kredit vəsaiti “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsi, dəmir yollarının inkişafı, Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidənqurulması, kimya sənayesinin modernləşdirilməsi, dəmir yolları parkının yenilənməsi məqsədilə cəlb olunub.
Ümumilikdə, 1994-2018-ci illər ərzində Azərbaycan hökuməti dövlət zəmanəti ilə $14 mlrd. 169 mln. məbləğində kredtlərə dair sazişlər imzalayıb. Bu vəsaitin $12 mlrd. 393,9 mln.-u sərf olunub.
Həmçinin, 2018-ci ildə Azərbaycan müxtəlif layihələr və proqramların reallaşdırılması üçün $16,758 mln. məbləğində qrant və texniki yardım alıb. Baxmayaraq ki, 2017-ci ilin yekunları üzrə 6 layihə və proqramın reallaşdırılması məqsədilə $41,69 mln. məbləğində qrant və texniki yardım əldə olunub. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət