Azərbaycanda Rəqəmsal ödənişlərin inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi nağdsız ödənişlərin həcminin 52 mlrd. manat artmasına imkan verəcək. Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin direktoru Kəmalə Qurbanova belə hesab edir.
"Hazırda Azərbaycanda 2021-ci ilədək rəqəmsal ödənişlərin inkişafı proqramı həyata keçirilir. Ekspertlərin fikrincə, bu proqramın həyata keçirilməsi nəticəsində nağdsız ödənişlərin həcmi 52 mlrd. manat artacaq", - deyə o, bu gün Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə həsr olunmuş forumda bildirib.
Direktorun sözlərinə görə, bu dövrdə nağd hesablaşmaların payı 34% azala bilər.
Prezident İlham Əliyev 2018-ci il sentyabrın 26-da “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiq edib.
Proqramın əsas məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Bu məqsədlə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir.
Proqramda qeyd olunur ki, 2018-2020-ci illərdə aşağıda qeyd olunan istiqamətlərdə həyata keçiriləcək tədbirlər nəticəsində nağdsız ödənişlərin illik həcmi artacaq: biznes-mühitin yaxşılaşdırılması ilə bağlı tədbirlər - 1,35 mlrd. manat, vergi sisteminin effektivliyinin artırılması ilə bağlı tədbirlər - 3 mlrd. manat; qeyri-formal məşğulluğun azaldılması - 0,75 mlrd. manat; bank sisteminin sağlamlaşdırılması ilə bağlı tədbirlər - 3,34 mlrd. manat; aktiv pul bazarının formalaşdırılması - 3 mlrd. manat; ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi - 0,6 mlrd. manat; yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi - 0,75 mlrd. manat; bank sisteminin rəqəmsallaşdırılması - 0,55 mlrd. manat; əhalinin maliyyə savadlılığının artırılması - 0,35 mlrd. manat.
Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verəcək.*
Ə.Məmmədov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət