Martın 6-da Bakıda Caspian European Club-un Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun iştirakı ilə təşkil edilmiş biznes forumda Azərbaycanda biznesin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb, sahibkarların təkifləri dinlənilib.
“Holiday İnn” hotelində keçirilən biznes-forumda çıxış edən Orxan Məmmədov iştirakçıları maraqlandıran sualları cavablandırıb, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi tapşırıqların icrası istiqamətində Agentliyin həyata keçirdiyi layihələr barədə məlumat verib. Qeyd edilib ki, Agentlik tərəfindən hazırda yaradılmaqda olan “KOB Dostu” şəbəkəsinin, sahibkarların dövlət xidmətlərinə rahat çıxışının təmin edilməsi, Agentliyin çoxsaylı dəstəklərinin, biznesdən biznesə xidmətlərin vahid məkanda təşkili ilə bağlı KOB evlərinin təşkili istiqamətində aktiv iş aparılır. Hazırda 12 “KOB Dostu” fəaliyyət göstərir, ilk KOB evinin bu il Bakı şəhərində fəaliyyətə başlaması nəzərdə tutulur. KOB klasterlərin təşkili və fəaliyyətinin stimullaşdırılması, daxili bazar araşdırmaları və KOB-ların kadr potensialının artırılması üçün dəstək, sahibkarların hüquqları ilə bağlı online portalın yaradılması,KOB-ların inkişafı ilə əlaqədar təhsil-elm və tədqiqat layihələrinin maliyyələşdirilməsi kimi mexanizmlər də hazırda işlənir. Agentliyin fəaliyyətinin mühüm istiqamətlərindən biri də müvafiq sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və bu prosesdə Agentlik olaraq KOB maraqları baxımından çıxış etməkdir. Agentliyin təklifləri əsasında “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanun layihəsi hazırlanıb, Vergi Məcəlləsinə KOB-lar üçün bir sıra yeni güzəştləri nəzərdə tutan dəyişikliklər edilib, KOB-ların müəyyənləşdirilməsi üçün yeni meyarlar təsdiq olunub, kommunal xidmətlərə qoşulma prosedurları sadələşdirilib, dövlət satınalmaları haqqında qanunvericiliyə mütərəqqi dəyişikliklər edilib.
Sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədrinin birinci müavini Natiq Həsənov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) idarə heyətinin sədri Səkinə Babayeva, Bakı Textil Fabriki MMC-nin sədr müavini Elçin Babayev təqdimatlarla çıxış ediblər. Ondan əlavə, biznes-forumda “Cahan Holdinq”in prezidenti Vüqar Abbasov və Caspian European Club-un idarə heyətinin üzvü, Times Consulting şirkətinin təsisçisi Elqar Bağırov çıxış ediblər.
Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Klub üzvlərinin səsləndirdikləri təklif və xahişlərə göstərilən diqqətə görə Orxan Məmmədova minnətdarlığını bildirib. Orxan Məmmədova Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub. Caspian European Club-un yeni və hazırkı üzv şirkətlərinə də sertifikatlar verilib.
Forum çərçivəsində “Cahan Holdinq” və Caspian European Club-un arasında əməkdaşlıq barədə memorandum imzalanıb.
Biznes-forumun işində dövlət və özəl şirkətlərin, diplomatik qurum və beynəlxalq təşkilatların 150-dən çox rəhbəri və nümayəndəsi iştirak edib.
Biznes-forumun baş sponsoru “Times Consalting” şirkətidir.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı burləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.
Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət