Azərbaycanda icbari tibbi sığorta xidmətləri göstərən tibb müəssisələrinin əksəriyyəti publik hüquqi şəxs olacaq. Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyinin direktoru Zaur Əliyev deyib.
“Əksər tibb müəssisələrinin publik hüquqi şəxs olması zəruridir. Bu, İTS üzrə sığorta ödənişləri həyata keçirən özəl şirkətlərdən vəısait qəbul etmək mümkün olamsı üçün lazımdır. Düşünürəm ki, 2019-cu ilin sonunadək bu prosesi başa çatdıracağıq”, - Z.Əliyev AzTV telekanalının efirində qeyd edib.
O əlavə edib ki, İTS-nin tətbiqi tibb işçilərinin əmək haqqlarının hesablanması mexanizminin dəyişdirilməsini nəzərdə tutur. “Tibb işçiləri əmək haqqından başqa gördükləri işə görə aylıq əlavə ödənişlər alacaqlar”, - Z.Əliyev məlumat verib.
Agentliyinin direktoru bildirib ki, İTS üzrə baza hissənin ödənişi üçün vəsait dövlət büdcəsindən ayrılacaq. “Azərbaycan əhalisinin 10 mln. nəfərindən hər birinə 29 manat məbləğində xidmətlərin baza hissəsinin nəzərdə tutulduğunu qeyd etsək, o zaman Agentliyə dövlət büdcəsindən ən azı 290 mln. manat ayrılacaq”, - Z.Əliyev vurğulayıb.
Xəbər verildiyi kimi, icbari tibbi sığorta xidmətləri iki - baza və əlavə hissədən ibarət olacaq.
Baza hissəsindən Azərbaycan vətəndaşları, həmçinin ölkə ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilər. Baza hissəsi ödənişsiz olacaq. Baza hissəsi üzrə dövlət büdcəsindən təqvim ili üçün adambaşına 29 manat köçürüləcək.
Xidmətlər zərfinin əlavə hissəsi üzrə sığortalı tərəfindən - hesablanmış əməyin ödənişi fondunun 2%-i, sığortaolunan tərəfindən - işçinin əmək haqqının 2%-i həcmində sığorta ödənişi tələb olunacaq.
18 yaşı tamam olmayan, həmçinin təhsil alan və 23 yaşı tamam olmayan şəxslər, pensiyaçılar, ünvanlı sosial yardım alan və hamilələr üçün xidmətlər zərfinin əlavə hissəsinin məbləği 120 manat təşkil edəcək və dövlət büdcəsi hesabına ödəniləcək.
Sahibkarlar, mülki-hüquqi müqavilələr əsasında xidmətlər təklif edən fiziki şəıxslər, o cümlədən özünüməşğul əhali üçün xidmətlər zərfinin əlavə hissəsinin məbləği həmçinin 120 manat təkil edəcək, lakin onlar həmin məbləği özləri ödəməli olacaqlar.
Qanuna dəyişikliklər 1 yanvar 2020-ci ildə qüvvəyə minəcək.
Hazırda İTS sisteminin tətbiqi pilot xarakteri daşıyır, bu sistem Mingəçevir, Yevlax, Ağdaş rayonlarında tətbiq olunur. 2020-ci ildən etibarən Azərbaycanda İTS sisteminin tam tətbiqi özlənilir. **
Ə.Məmmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət