Azərbaycan Ordusunun gələn həftə keçiriləcək genişmiqyaslı təlimləri planlı xarakter daşıyır. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı deyib.
“Bu təlimlər əvvəlcədən planlaşdırılıb və müəyyən edilmiş vaxtda keçirilir. Müdafiə Nazirliyi bu təlimlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlara təsiri ilə bağlı Ermənistan tərəfinin fikrini şərh etməyə lüzum görmür”, - deyə o bildirib.
Xəbər verildiyi kimi, martın 11-dən 15-dək Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçiriləcək. Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.
Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirəcək.
Eyni zamanda təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunacaq.*
Ə.Məmmədov
Yanvar-fevral aylarında İKZF-nin müvəkkil bankları ipoteka kreditləşməsini 23% artırıb
Yanvar-fevral aylarında Azərbaycan banklarının xarici öhdəlikləri 18% azalıb
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət