Azərbaycan prezidenti İlham Əliyev Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların formatını dəyişdirmək cəhdlərinin qəbuledilməz olduğunu hesab edir.
“Ermənistan hökuməti danışıqların formatını dəyişdirməyə çalışır. Bu qəbuledilməzdir və münaqişənin həllinə dair danışıqlar prosesini dayandırmaq cəhdidir”, - İ.Əliyev “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumunda çıxışında bildirib.
O xatırladıb ki, Aİ-nin yüksək vəzifəli məmurları, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqların formatının dəyişidilməsinə qarşı çıxış ediblər.
“Danışıqlar sadəcə danışıqlar üçün deyil, səmərəli olmalıdır. Onlar Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasına gətirməlidir”, - prezident qeyd edib.
Dövlət başçısı status-kvonun qəbuledilməz olduğunu bəyan edib və bunun beynəlxalq birlik və münaqişənin həlli üzrə vasitəçilər tərəfindən dəfələrlə qeyd olunduğunu bildirib. “Biz bu mövqeyi dəstəkləyirik və hesab edirik ki, status-kvo dəyişdirilməlidir. Bunun üçün Ermənistan Azərbaycanın işal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır”, - prezident vurğulayıb.
Həmçinin, İ.Əliyev xatırladıb ki, münaqişənin həlli suverenlik, ərazi bütövülüyü və beynəlxalq səviyyədə tanınmiş sərhədlər çərçivəsində beynəlxalq hüquq prinsipləri və normalar əsasında mümkündür.
“Bütün nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövülüyünü dəstəkləyir və münaqişənin bu prinsip çərçivəsində həllinin tərəfdarıdır”, - İ.Əliyev əlavə edib. **
F.İsazadə
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət