2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 4,1% artaraq $46,6 mlrd.-a çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“İlin əvvəlindən ölkənin strateji valyuta ehtiyatları 4,1% artaraq $46,6 mlrd.-a çatıb. Bu, tədiyə balansının profisitlə formalaşdığını göstərir”, - deyə məlumatda bildirilir.
Xarici mühit əlverişli olaraq qalır. Yanvar-fevral aylarında xarici ticarət balansında $986,3 mln. məbləğində müsbət saldo yaranıb. İxrac 42,6%, o cümlədən qeyri-neft ixracı 16,4% artıb.
“Son aylarda dünya bazarlarında əmtəə qiymətləri artım meyilli olub. 2019-cu ilin yanvar-fevral aylarında neftin dünya qiyməti orta hesabla $62 təşkil edib. Neftin qiyməti ilin əvvəlindən 26% artıb. Dünya ərzaq qiymətləri indeksi yanvar-fevral ayları ərzində 3,4% yüksəlsə də, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% aşağıdır”, - deyə bankdan qeyd ediblər.
2018-ci ilin sonuna Azərbaycanın valyuta ehtiyatları $44,9 mlrd. təşkil edib.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət