2018-ci ildə Azərbaycan müdafiə sahəsində 3,3 mlrd. manat ($1,94 mlrd.) vəsait yönəldib. Bunu baş nazir Novruz Məmmədov deyib.
“Ötən il Azərbaycanda müdafiə sahəsinə xərclər 526,8 mln. manat artaraq 3,3 mlrd. manat təşkil edib”, - N.Məmmədov cümə günü parlamentdə 2018-ci il ərzində hökumətin hesabatı ilə çıxışında bildirib.
Onun sözlərinə görə, hesabat dövründə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna müxtəlif mənbələrdən 8,4 mln. manat vəsait daxil olub. “Beləliklə, Silahlı Qüvvələrinə Yardım Fonduna 96,8 mln. manat toplanıb”, - N.Məmmədov qeyd edib.
O vurğulayıb ki, ötən il Azərbaycanda hərbi-sənaye potensialın yaxşılaşdırılması, ordu quruculuğunun təkmilləşdirilməsi, Silahlı Qüvvələrin ən müasir silahlanma və texnika ilə təchizatına və Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun yüksəldilməsinə yönələn məqsədyönlü fəaliyyət davam etdirilib.
“Silahlı Qüvvələrin ən müasirhərbi texnika ilə təchizatı məsələləri diqqət mərkəzində olub. Bu məqsədlə həmçinin “Polonez” reaktiv yaylım atəşi sistemləri və “Lora” raket sistemləri, ballistik raket əleyhinə müdafiə sistemlər, PUA və s. alınıb”, - baş nazir vurğulayıb.
Onun sözlərinə görə, Azərbayanın müdafiə sənaysi müəssisələri tərəfindən 250 mln. manat ($147 mln.) məbləğində 1,2 min adda müdafiə təyinatlı məhsul istehsal olunub. “Müdafiə təyinatlı məhsulların ixracı 120 mln. manat ($70,6 mln.) təşkil edib”, - N.Məmmədov qeyd edib.
Həmçinin baş nazir 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən hərbi əməliyyatı qeyd edib. O bildirib ki, bu əməliyyat “strateji əhəmiyyətli yüksəklikləri və 1992-ci ildən Ermənistanın işğalı altında olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndini azad etməyə” imkan yaradıb. **
R.Babayev
“Rosselxoznadzor” 2024-cü ildə Azərbaycanda toxumların sınaq laboratoriyasının auditini keçirəcək
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət