“AzerGold” QSC Daşkəsən yarımstansiyasından Çovdar filiz emalı sahəsinə Elektrik Veriliş Xətti (EVX) çəkib. Bu barədə cəmiyyətin elanında deyilir.
““AzerGold” QSC Daşkəsən şəhərində yerləşən 110/35/6 kV-luq yarımstansiyadan Çovdar filiz emalı sahəsinə ümumi uzunluğu 8.9 km təşkil edən, 71 ədəd dayaqdan ibarət olan 35 kV-luq Elektrik Veriliş Xətti çəkib. Hava xəttində istifadə olunan AS 120 mm² naqilinin nominal yük götürmə qabiliyyəti 390 A-ə bərabərdir”, - deyə məlumatda bildirilir.
Yeni xətt elektrik təchizatı xərclərini təxminən 50% azaltmaqla yanaşı, Çovdar yatağının yeraltı (sulfid) istismar mərhələsində elektrik enerjisinə artacaq tələbatı tam ödəmək qabiliyyətindədir.
Bu günədək elektrik təchizatı üçün istifadə olunan generatorlar isə ehtiyat elektrik enerjisi mənbəyi kimi istifadə olunacaq.
“2018-ci il ərzində aparılan optimallaşdırma işlərinin nəticəsi olaraq Çovdar filiz emalı sahəsində yerləşən qırma-ələmə sahəsinin filiz emal etmə gücü saatda 100-150 tondan 200-250 tona çatdırılıb. Eyni zamanda, müasir texnologiyaların tətbiqi və optimallaşdırma işlərinin nəticəsi olaraq kimyəvi reagentlərin istifadəsi 20-30% azaldılaraq, qızıl hasilatında 2017-ci ilə nisbətən 33% artıma nail olunub”, - deyə məlumatda vurğulanır.
2018-ci ildə Çovdar yatağından 45,49 min unsiya qızıl və 77,34 min unsiya gümüş hasil olunub.
Çovdar filiz emalı sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən, məxsusi və kompleks qızıl yataqları olan bir sahədir. Sahədə Çovdar qızıl yatağı daxil olmaqla, 30 məxsusi qızıl, 20 az sulfidli mis-qızıl, 50 mis-polimetal təzahür və minerallaşma nöqtələri məlumdur.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət