Dərbənd şəhərinin meri Hizri Abakarov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində Azərbaycana səfər edən əcnəbilər üçün şəhərdə 72 saatlıq vizasız rejimin tətbiq olunması niyyəti və Azərbaycanın investisiyaları ilə yeni layihələr barədə söz açıb.
- Hizri Maqomedoviç, bu sizin Bakıya ilk səfərinizdir?
- Xeyr, mən artıq bir neçə dəfə Bakıya səfər etmişəm.
- Müşahidələrinizə əsaslanaraq, şəhərdə baş verən dəyişikliklər barədə nə deyə bilərsiniz?
- Bakı çox dəyişib. Hər səfərimdə təəccüblənməmək mümkün deyil. Bu gün (bazar ertəsi – F.İ.) mənə nə vaxtsa “Qara şəhər” adlanan ərazini göstərdilər. Bu, yaxşılığa döğru təməlli dəyişikliklərdir. Bu səbəbdən, sizin təcrübənizi mənimsəmək məqsədilə səfərə gəlmişik.
Düşünürən ki, Azərbaycan rəhbərliyinin siyasəti düzgündür. İstiqamətlər də düzgün seçilib. Prezidentin (İlham Əliyevin – F.İ.) gördüyü işlər barədə mənə məlumat verirlər. Necə olub və indi necədir. Mən bu gün sual verdim ki, köhnə rayonunuzda abadlaşdırma işləri dövlətin yoxsa özəl vəsait hesabına həyata keçirilib? Mənə cavab verdilər ki, dövlət kömək edib. Prezident hər bir işdə köməklik edib. Lider öz xalqı barədə düşünrsə, bu çox yaxşıdır.
Qeyd etmək istərdim ki, Dərbənddə tarixi yerlər var. Eyni zamanda, yeni yerlər var, köhnə Dərbənd ilə əlaqəli olacaq 250 hektar ərazidə yeni Dərbəndin inşası konsepsiyamız mövcuddur. Misal üçün, Bakıda köhnə Qara şəhərin yerində inşa olunan Ağ şəhər kimi.
- Məlum olduğu kimi, Azərbaycanın Dağıstanda, həmçinin Dərbənddə bir sıra investisiya layihələri var. Bu təcrübənin davam etdirilməsi gözlənilirmi...
- Mən sizə indi məhz Dərbənd barədə söz açacam. Azərbaycan ən yaxın qonşumuzdur. Biz Bakı ilə Dərbənd arasında turizm marşrutuna çevriləcək liman inşa etməyi planlaşdırırıq. O cümlədən, Azərbaycana səfər edən əcnəbi turistlərin məsələsinə baxılır. Biz onlar üçün Dərbənddə 72 saatlıq vizasız rejim tətbiq etmək istəyirik. Bundan əlavə, Dərbənd-Bakı marşrutu ilə sürət qatarı istifadəyə vetmək arzumuz var.
Bildiyiniz kimi, bu gün Azərbaycan və Rusiya Federasiyası arasında sərhəddə keçidin sadələşdirilməsi ilə bağlı işlər həyata keçirilir. Həmin işlər çərçivəsində Samur çayı üzərindən körpü inşa olunur.
Əgər bizdə bu dörd layihə reallaşdırılarsa, əcnəbi vətəndaşların turist axını artacaq. İnsanlar burada hər şeyin necə dəyişdiyinin şahidi olacaqlar.
Biz sizin memarlarla görüşdük. Onlar görülən işlər, yol verilən xətalar barədə məlumat veriblər. Bizə azərbaycanlı tərəfdaşlarımız tərəfindən yol verilən xətaların bir daha təkrarlanmaması məqsədilə nəyi necə edəcəyimizi izah ediblər.
- Siz Azərbaycana səfər edən əcnəbilər üçün Dərbənddə 72 saatlıq vizasız rejimin tətbiq olunması niyyəti barədə bildirdiniz. Bu istiqamətdə hər hansı işlər götrülübmü? Bu tədbirləri nə zaman həyata keçirmək istəyirsiniz?
- Bizim 5 illik planımız var. Düşünürəm ki, gələcək 5 il ərzində bu baş verəcək. Biz ilk növbədə infrastruktur dəyişikliklərə başlamışıq.
- Məlum olduğu kimi, 2020-ci ilə qədər Xəzər dənizi ilə kruiz gəmisi hərəkət edəcək. Bu marşruta Dərbənd daxil edilibmi?
- Bəli. Biz Dərbənd limanını daxil etmişik. Bizin hazır layihəmiz var. İstərdik ki, Dərbənddə limanlardan biri daxil edilsin. Ayrılmış yer, təsdiq olunmuş layihə var. Laynerin marşrutunun müəyyənləşdirilməsini gözləyirik.
- Dərbənd ilə Bakı arasında hər hansı investisiya layihələri gözlənilirmi?
- Bu gün (bazar ertəsi – F.İ.) “Karvan” şirkəti ilə $5 mln. məbləğində müqavilə imzalamışıq. Müqavilə ilə “qızıl balıq” formasında ikimərtəbəli əyləncə mərkəzinin tikintisi nəzərdə tutulur. Mərkəzin layihəsi artıq hazırdır. İki həftədən sonra memarlarla birlikdə bizə gələcəklər və biz obyektin harada inşa olunacağını həll edəcəyik. Biz onu dənizdə inşa etməyi düşünürük. Qonaqlar nəinki istirahətə gələcəklər, həm də arzu tutacaqlar.
- Azərbaycan və konkret halda, Dağıstan, xüsusilə də Dərbənd nümayəndələri arasında regionlararası səviyyədə qarşılıqlı rəsmi səfərlər gözlənilirmi?
- Bakıya hazırki səfərim zamanı Azərbaycan paytaxtının meri Eldar Əzizovla söhbət etdim. Yay üçün Azərbaycan tərəfinin səfəri gözlənilir. Bakı merinin iş təcrübəsi böyükdür və komanda işi yaxşı təşkil olunub.
Həmçinin razılığa gəldik ki, RF-nin regionlarından bizə gələn turistləri Azərbaycana da yönəldəcəyik. **
Söhbət etdi Fərdin İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət