Politoloq Fuad Axundov hesab edir ki, baş nazir Nikol Paşinyan kürdləri Novruz bayramı münasibətilə təbrik etməklə Ermənistanı çoxmillətli ölkə kimi təqdim etməyə çalışır.
“Paşinyan Ermənistanın kürd icmasını Novruz bayramı münasibətilə təbrik edib. Ermənistan hökumətinin məlumatına görə, ölkədə kürdlərin sayı cəmi 900 nəfər təşkil edir. Xarici işlər nazirinin müavini Aşot Xovakimyan 2017-ci il 24 aprel-12 may tarixlərində CenevrədəBMT-nin İrqi Ayrı-seçkiliyin Ləğv edilməsi üzrəKomitəsinin 92-ci sessiyası zamanı Ermənistan ərazisində irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyanın implementasiyasına dair təqdim etdiyi hesabatda bu rəqəmi səsləndirib. Kürd təşkilatlarının məlumatına görə isə, onların sayı daha azdır. Beynəlxalq təşkilatların məruzələrində diqqət Ermənistanda kürdlərin özünüeyniləşdirmə məsələsinin çox kəskin durmasına yönəldilib”, - F.Axundov qeyd edib.
Onun sözlərinə görə, N.Paşinyan bu cür təbriklər vasitəsilə “Ermənistanı guya çoxmillətli və tolerant, digər millətlərin mədəniyyətinə və ənənələrinə hörmət edən ölkə kimi təqdim etməyə çalışır”.
“Ermənistanda “böyük” kürd icmasının mövcudluğunu və hökumətin müxtəlif qollarında təmsil olunduğunu nümayiş etdirmək məqəsədilə kürd azlığının bir nümayəndəsi olan Knyaz Qasanov 2017-ci ildə Ermənistan parlamentinə seçilib. Həm də 2017-ci ildə o, həmin dövrdə hakim Respublika Partiyasının nümayəndəsi, yəni Serj Sarkisyanın tərəfdarı kimi seçilib. 2018-ci ilin dekabr ayında keçirilən növbədənkənar seçkilərdə isə parlamentə artıq Paşinyanın tərəfdarı kimi seçilib”, - politoloq qeyd edib.
F.Axundovun rəyinə görə, Paşinyanın Novruz bayramı münasibətilə kürdlərin ünvanına təbrikləri təlaşını büruzə verməmək cəhdindən başqa heç nə deyil. “Paşinyan rəsmi dövlət məruzəsi ilə tanış olmalıdır. Həmin məruzə Ermənistanda milli azlıqlar üzrə qeyd olunan rəqəmlərlə əlaqədar BMT Komitəsində istehza obyektinə çevrilib”, - o vurğulayıb.
F.Axundov əlavə edib ki, Ermənistan hakimiyyəti digər xalqların sıxışdırıb çıxarılması və assimilyasiyası vasitəsilə hər zaman məqsədyönlü şəkildə monoetnik ölkə siyasətini yürüdüb. “ХХ əsrin 80-ci illərin sonu – 90-cı illərin əvvəlində Ermənistanda sayca ikinci yerdə olan azərbaycanlı əhalinin qovulması, sonra yezidlərin mühacirət etməsi, kürdlərin və digər xalqların assimilyasiyası bu siyasətin sübutudur”, - o bildirib.
Politoloq qeyd edib ki, Ermənistanda azərbaycanlılara dair məlumatlar ən maraqlı və gülməli məqam idi. “A.Xovakimyan 2017-ci ildə hesabatın təqdimatı zamanı bildirib ki, guya “Eçmiadzində azərbaycanlı qadın yaşayır və məktəbdə Ermənistan tarixi fənni üzrə dərs deyir. Təəccüblüdür ki, Paşinyan kürd icmasını təbrik edir və guya Ermənistanda yaşayan yeganə azərbaycanlı qadını təbrik edə bilmir. Çox ehtimal ki, “bir” rəqəmi, kürdlərin sayı ilə olduğu kimi, şişirdilib”, - o vurğulayıb.
F.Axundovun qeyd etdiyi kimi, bu gün N.Paşinyanın kürd əhalisinə ünvanlanan təbriki “monoetnik Ermənistan nöqteyi-nəzərindən BMT-nin Komitəsində bu ölkənin dövlət hesabatı kimi, az gülüş doğurmur”. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət