Azərbaycan Silahlı Qüvvələrinin daha da modernləşməsini davam etdirəcək. Bunu prezident İlham Əliyev deyib.
“Bu gün Azərbaycan Ordu quruculuğu nöqteyi-nəzərindən ən güclü ölkələr sırasındadır. Son reytinqə əsasən, Azərbaycanın milli Ordusu öz potensialına görə 52-ci yerdə qərarlaşıb”, - İ.Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olduğu zaman bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə Bakıda keçirilən iki hərbi parad Azərbaycanın hərbi gücünü nümayiş etdirdi. “Ordu üçün ən müasir silah və texnika alınır, Silahlı Qüvvələrin döyüş qabiliyyəti artır. Aprel döyüşləri (2016-cı ildə Qarabağ müharibəsi zonasında - İF) bunun bariz nümunəsidir”, - prezident bildriib.
İ.ƏIiyev vurğulayıb ki, 2016-cı ilin aprel döyüşləri və 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı Azərbaycan milli Ordusunun real gücünü nümayiş etdirdi.
“Aprel döyüşlərindən 3 il keçir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Döyüşlər zamanı itkilərimiz də olub. Yaralı hərbçilərimizin müalicəsi, bərpası üçün dövlət əlindən gələni əsirgəməyib və yaralanmış bütün hərbçilər xoşbəxtlikdən normal həyata qayıtdılar. Onların müalicəsi, bərpası, aktiv həyata qayıtmaları üçün bütün lazımi işlər görülüb”, - dövlət başçısı bildirib.
O, “aprel döyüşlərini” Azərbaycanın müasir tarixində ən uğurlu hərbi əməliyyatlardan biri adlandırdı. “Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib”, - İ.Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, “aprel döyüşləri” zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstəriblər. “Bir daha göstəriblər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki əlverişsiz mövqelərdən bizim hərbçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad ediblər”, - dövlət başçısı deyib.
Onun sözlərinə görə, bu qələbənin mənəvi-psixoloji baxımdan böyük əhəmiyyəti var. “Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi”, - prezident vurğulayıb.
İ.Əliyev qeyd edib ki, uğurlu Naxçıvan əməliyyatı nəticəsində Azərbaycan strateji yüksəkliklərə sahib oldu. “Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək”, - o bildirib.
Prezident bəyan edib ki, hərbçilərin məişət problemlərinin həllidövlətin diqqət mərkəzindədir. “Keçən ilin sonunda 300-dən çox hərbçiyə yeni mənzillər verildi. Bu günə qədər yüzlərlə hərbçi dövlət tərəfindən mənzillərlə təmin edilib. Bu proses davam etdirilir”, - deyən İ.Əliyev əlavə edib ki, hərbi hissələrin tikintisi və modernləşməsi işləri davam etdirilir.
Onun sözlərinə görə, hərbi hissələrimizdə mülki işlərdə mülki vətəndaşların çalışması yenilikdir. “Hərbi hissələrdə 20 minə yaxın mülki şəxs işlə təmin edilib”, - İ.Əliyev vurğulayıb.**
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət