Avropa İttifaqı Yunanıstan-Bolqarıstan interkonnektorun (IGB) tikintisinə 33 mln. avro ayırır. Bu barədə Avropa Komissiyasının məlumatında deyilir.
“AK Aİ-nin 10 üzv ölkəsində 25 infrastruktur layihədən ibarət 4 mlrd. avro ümumi məbləğində investisiya paketini təsdiq edib. Bu layihələr arasında Yunanıstan-Bolqarıstan qaz kəməri yer alıb. Bu kəmərin tikintisinə Aİ tərəfindən 33 mln. avro ayrılacaq”, - məlumatda deyilir.
Aİ-nin məlumatına görə, bu layihənin reallaşdırlması ilə iki ölkənin qaz sistemləri “regionda qaz mənbələrinin şaxələndirilməsinə şərait yaradaraq və onun enerji təhlekəsizliyini artıraraq” ilk dəfə birləşəcək.
Bütövlükdə, AK-nin təsdiq etdiyi layihələrin investisiya paketinə Bolqarıstan, Çexiya, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Malta, Polşa, Portuqaliya və Rumıniya daxildir. Layihələr sahələrin geniş spektrini əhatə edir: səhiyyə, nəqliyyat, araşdırma, ətraf mühit, energetika. Dövlətlə birgə maliyyələşdirmə zamanı bu layihələrə investisiyaların ümumi həcmi 8 mlrd. avro təşkil edəcək.
Öncə Bolqarıstanın energetika naziri Temenujka Petkovaya istinadən məlumat verilib ki, IGB Bolqarıstandan Azərbaycana qaz tədarükü üçün strateji əhəmiyyət kəsb edir. IGB-nin tikintisi 220 mln. avro həcmində qiymətləndirilir. Qaz kəmərinin 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Xəbər verildiyi kimi, “Bulgargaz” və SOCAR arasında imzalanmış təbii qazın tədarükü haqqında müqaviləyə uyğun olaraq Bolqarıstan 2020-ci ildən etibarən hər il “Şahdəniz” yatağından hasil edilən 1 mlrd. kubmetr təbii qaz alacaq.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət