Qazaxıstan cari marketinq ilinin sonuna qədər İrana 1 mln. ton, Gürcüstana və Azərbaycana isə 1 mln. ton taxıl ixrac etməyi planlaşdırır. Bu barədə Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Gülmirə İsayeva məlumat verib.
“Bizə daha çox həcmdə taxıl tədarükü ilə bağlı sorğular daxil olur. Təkcə Gürcüstan 700 min ton, Azərbaycan isə 500 min ton taxıl istəyir. Biz logistika və qiymətəmələgəlmə prosesindən irəli gələrək özümüz üçün daha adekvat rəqəmlər müəyyən edirik. Ümid edirik ki, bu il İran bazarına 1 mln. ton və Zaqafqaziya bazarına 1 mln. ton real rəqəmdir”, - deyə o, bu gün keçirilən “KazGrain-2019” konfransının kuluarlarında jurnalistlərə bildirib.
Bundan əlavə, Qazaxıstandan taxıl idxalının həcmini artırmaq istəyən Gürcüstan və Azərbaycan hökumətləri ilə də danışıqlar aparılır.
“İndi logistika çox yaxşı qurulduğu və taxılımız digər ölkələrin taxılından daha keyfiyyətli olduğu üçün bu ölkələr bizə müraciət edib. Həm Azərbaycan, həm də Gürcüstan 1 mln. tona yaxın taxıl idxal etməyə hazırdır”, - deyə nazir müavini qeyd edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət