Azərbaycan vətəndaşlarının 90%-ə qədəri prezident İlham Əliyevin xarici siyasətini müsbət qiymətləndirir. Bu, Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutunun keçirdiyi rəy sorğusunun nəticələrində öz əksini tapıb.
“Sorğunun prezidentin xarici siyasəti ilə bağlı nəticələri əhalinin müsbət mövqeyini ifadə edir: Sorğuda iştirak edənlərin 89,9%-i bu sualı müsbət cavablandırıb, onların 73,9%-i suala “əla”, 16,0%-i “kafi” cavabı verib, 2,4%-i “pis”, 7,7%-i isə “dəqiq bilmirəm” kimi münasibət bildirib”, - deyə institutun hesabatında bildirilir.
“Opinion Way” qeyd edir ki, respondentlərin 80,1%-i ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimidəyərləndirib. “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1%-i bütövlükdə müsbət cavab verib. Bu sualı onların yalnız 6,8%-i “mənfi”, 8,1%-i “bilmirəm” kimi cavablandırıb.
“Opinion Way”in “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5%-i bütövlükdə müsbət cavab verib, onlardan 64%-i bu istiqamətdə hökumətin fəaliyyətini “tam bəyəndiyini”, 26,5%-i “əsasən bəyəndiyini” vurğulayıb, rəyi soruşulanların yalnız 6,0%-i bu suala “bəyənmirəm”, 3,5%-i isə “bilmirəm” cavabını verib.
Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair suala respondentlərin 75,6%-i müsbət cavab verib. Bununla bağlı rəyi soruşulanların yalnız 5,8%-i verilən vədlərin yerinə yetirilmədiyi, 4,2%-i isə cavab verməyə çətinlik çəkdiyi qənaətində olub.
“Ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun, təxminən 83-85%-nin səsini qazana bilər”, - deyə “Opinion Way”də hesab edirlər.*
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət