Bakı hazırda Ermənistanın işğalı altında olan Azərbaycan əraziəri vasitəsilə narkotiklərin tranzit tədarükünə qarşıdurmaq məsələlərində Vaşinqtonun dəstəyinə ümid edir. Bunu Azərbaycanın baş nazirinin müavini Əli Həsənov deyib.
“Son illər artan yükdaşımalarının həcmi və regiona tursit axını narkotiklərin tranziti məqsədilə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərini istifadə edən beynəlxalq narkotik kartelləri üçün çox cəlbedici edir. Biz Ermənistan tərəfindən işğal olunmuş və Bakının nəzarətində olmayan torpaqlardan istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinə qarşıdurmaq məsələlərində ABŞ-ın köməyinə ümid edirik”, - Ə.Həsənov bu gün Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda bildirib.
Onun sözlərinə görə, işğal olunmuş ərazilərə narkotiklərin qanunsuz tranziti Azərbaycanın nəzarətindən kənarda qalan Azərbaycan-İran dövlət sərhədinin 132-ci kilimitrliyindəki hissəsi vasitəsilə həyata keçirilir.
“Əfqanıstanda becərilən iri həcmdə narkotiklər Avropa və dünyanın digər regionlarına Azərbaycanın işğal olunmuş əraziləri vasitəsilə tranzit yolu ilə həyata keçirilir”, - Ə.Həsənov qeyd edib.
Sonra narkotiklər tranzit yolu ilə Gürcüstan, Rusiya, Ukrayna və Avropa ölkələrinə tədarük olunur.
“Bundan əlavə, Ermənistan tərəfi işğal olunmuş ərazilərdə laboratoriya şəraitində yeni növ narkotiklərin qanunsuz kultivasiyası və yetişdirilməsi ilə məşğul olur, terror təşkilatları formalaşdırır. Bununla əlaqədar Azərbaycan rəhbərliyi həmin ərazilərdə monitorinqin həyata keçirilməsi xahişi ilə BMT-nin Vyana ofisinə müraciət edib. BMT-nin Vyana ofisində müvafiq qrup yaradılıb, lakin Ermənistan bu tədbirlərin reallaşdırılmaslına maneə törədib”, - Ə.Həsənov vurğulayb. **
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət