SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) bu gün şirkətin istiqrazlarının sahiblərinə 10-cu dəfə faizlər üzrə $1,25 mln. məbləğində ödəniş həyata keçirib. Bu barədə "SOCAR Capital" şirkətinin məlumatında deyilir.
“Hər istiqraz üçün $12,5 olmaqla, ümumilikdə $1,25 mln. məbləğində vəsait bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb və həmin vəsaitlər artıq bu gündən istiqraz sahiblərinin bank hesablarında olacaq", - deyə məlumatda bildirilir.
SOCAR istiqrazlarının sahiblərinə faizlər üzrə ümumilikdə $10 mln. olmaqla 9 dəfə ödəniş edilib. Qeyd olunan qiymətli kağızların sahiblərinin qazancı indiki ödəniş də nəzərə alınmaqla $12,5 mln. təşkil edəcək.
“İstiqrazlar üzrə növbəti faiz ödənişi iyulun 17-də həyata keçiriləcək. SOCAR istiqrazları üzrə qarşıdakı rüblərdə daha 10 dəfə faiz ödənişi ediləcək. Bunun müqabilində də istiqraz sahibləri əlavə $12,5 mln. qazanmış olacaqlar”, - deyə məlumatda qeyd olunur.
SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda $172 mln.-u ötüb və Bakı Fond Birjasında ən çox alınıb-satılan qiymətli kağızdır. 2019-cu ilin ilk rübündə 120-dən çox, ümumilikdə isə 1700 əqd bağlanıb. Hətta böyük tələbat nəticəsində SOCAR istiqrazlarının market–meyker satış qiyməti 1046 dollara yüksəlib.
SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin sentyabr ayında 100 mln. dollarlıq həcmdə buraxılıb.
SOCAR istiqrazları dollarda illik 5 faiz gəlir gətirir və faizləri hər 3 aydan bir ödənilir.*
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət