18-19 aprel tarixlərində İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a İranın Bakıdakı səfirliyindən məlumat verilib.
“Aprelin 19-da R.Rəhmani səfər çərçivəsində Azərbaycan və İranın avtobusqayırma və yedək hissələrinin birgə istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak edəcək”, - səfirlikdən bildiriblər.
Qeyd olunub ki, müəssisənin Hacıqabul sənaye məhəlləsində təməli qoyulacaq.
Əlavə edilib ki, cümə günü Hacıqabulda Azərbaycan-İran Ticarət Forumu keçiriləcək.
“Bundan başqa, həmin gün R.Rəhmani Bakıda «Chinar plaza»da İran Ticarət Mərkəzinin açılışında iştirak edəcək”, - səfirlikdən qeyd ediblər.
Səfər çərçivəsində R.Rəhmani Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, həmçinin işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirəcək.
“Tərəflər iqtisadi və enerji layihələri, Şimal-Cənub Dəhlizi, Rəşt-Astara dəmiryol layihəsi, sərgilərin keçirilməsi, əməkdaşlıq memorandumlarının imzalanması haqqında müzakirələr aparacaqlar”, - səfirlikdən vurğulayıblar.
Xəbər verildiyi kimi, 2019-cu ilin mart ayında “Azərmaş” ASC «Qartal» şirkəti ilə Azərbaycanda avtobus istehsalı zavodunun tikintisi haqqında Anlaşma Memorandumu imzalayıb. Zavod Hacıqabul Sənaye Məhəlləsində tikiləcək və 2020-ci ilin sonunadək istismara verilməsi gözlənilir. I mərhələdə ildə 500 ədəd avtobusun istehsal edilməsi planlaşdırılır. Layihəyə 11 mln. manat ($6,47 mln.) sərmayə qoyulacaq, Layihədə “Azərmaş”ın payı 25%-dir. Zavodda istehsal olunacaq avtobuslar da qonşu ölkələrə ixrac ediləcək. **
F.İsazadə
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət