ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünü Vaşinqtonda keçirməyi təklif edib. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. “Dünən (çərşənbə axşamı) ABŞ-dan təklif aldıq. ABŞ dövlət katibi danışıqlar prosesinin irəliləməsinə töhfə vermək istəyir”, - E.Məmmədyarov çərşənbə günü Varşavada Polşanın xarici işlər naziri Yaçek Çaputoviç ilə mətbuat konfransında bildirib.
O, danışıqlar prosesinin irəliləyiş məqsədilə səylərin ikiqat artırılmasının vacibliyini vurğulayıb. “Bizə danışıqlarda irəliləyiş lazımdır. Deyə bilərəm ki, bu baxımdan elə də nikbin deyiləm, amma real danışsaq, səyləri ikiqat artırmaq lazımdır. Rusiya bunu edir. Son görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edib”, - nazir qeyd edib.
Xəbər verildiyi kimi, aprelin 15-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının işgüzar görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunub. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak ediblər.
Moskvada keçirilən üçtərəfli görüşün yekunlarına dair EŞMəmmədyarov bəyan edib ki, burada bir sıra yeni təkliflər səsləndirilib. “Hal-hazırda həmin təklifləri açıqlamaq istəmirəm. Bu həm Rusiya tərəfi, həm həmsədrlər, həm də Azərbaycan və Ermənistanın təklifləridir. Biz bu istiqamətdə işləyəcəyik”, - Azərbaycan XİN başçısı Moskvada jurnalistlərə bildirib. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət