2018-ci ildə Azərbaycanda tenderlər və kotirovkalar əsasında dövlət təşkilatları tərəfindən həyata keçirilən dövlət satınalmalarının həcmi 2017-ci illə müqayisədə 42,9% - 2 mlrd. 572 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən məlumat verilib.
2018-ci ildə dövlət strukturları tərəfindən ümumilikdə 8,964 min tender və kotirovka (müsabiqələr) keçirilib və 2017-ci illə müqayisədə onların sayı 17,5% artıb.
Tenderlər və kotirovkalar vasitəsilə satınalmaların keçirilməsi 265,2 mln. manat və ya dövlət satınalmalarının dəyərinin 9,3%-nə qənaət etməyə imkan yaradıb (2017-ci ildə 145,8 mln. manat və ya dövlət satınalmalarının dəyərinin 7,5%-nə qənaət edilib - İF-Az).
Bununla belə, 242,2 mln. manat həcmində qənaət tenderlər vasitəsilə, 12,2 mln. manat təkliflərin sorğusu, 6,8 mln. manat kotirovkalar hesabına həyata keçirilən satınalmaların payına düşüb.
2018-ci ildə 6,029 min kotirovka və ya bütün satınalmaların 67,3%-i həyata keçirilib. Lakin kotirovkalar hesabına həyata keçirilən dövlət satınalmalarının ümumi dəyəri cəmi 129,6 mln. manat və ya satınalmaların ümumi həcminin 5%-ni təşkil edib.
Azərbaycanda dövlət satınalmalarının dəyəri 50 min manatdan artıq olduqda dövlət strukturları tərəfindən tender keçirilməlidir. **
Ə.Məmmədov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət