2020-ci ilin ikinci yarısında TAP KƏMƏRİ ilə Azərbaycan qazının Avropaya kommersiya tədarükünə başlanacaq. Bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib.
Öncə SOCAR-dan bəyan edilib ki, TANAP vasitəsilə Avropaya kommersiya məqsədli qaz nəqlinin TAP-ın istismara verilməsi üzrə işlər tamamlanandan sonra 2020-ci ilin ortalarında başlaması gözlənilir.
“Əfsuslar olsun ki, TAP qaz kəmərinin istifadəyə verilməsi ilkin qrafikdən geridə qalır. Bu, İtaliyada baş verən hadilsələr (ekologiya ilə bağlı - İF) və bir sıra texniki səbəblərlə əlaqədardır. Azərbaycan qazının Avropaya kommersiya tədarükünə 2020-ci ilin ikinci yarısında başlanacaq, lakin ayı dəqiq qeyd etməyəcəyəm. Qazın sınaq tədarükünə daha əvvəl başlanıla bilər”, - V.Əliyev bu gün jurnalistlərə bildirib.
O, həmçinin bəyan edib ki, TANAP-ın tikintisində heç bir gecikmə yoxdur və elan olunduğu kimi, 1 iyul 2019-cu il tarixinə boru kəməri Azərbaycan qazının Avropaya tədarükü üçün tam hazır olacaq.
2019-cu ilin fevral ayında TAP konsorsiumun icarçı direktoru Luka Şippatti bəyan edib ki, TAP-ın tikintisi üzrə irəliləyiş 85%-i keçib, qaz kəməri 2020-ci ildə Azərbaycan qazının qəbuluna hazır olacaq.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
bu il aprelin 15-dən Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi üzrə konsorsium boru kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinədək (Əskişəhər-İpsala) olan hissəsinə qazın verilməsinə başlayıb.
TANAP-ın iyunun sonunda Avropaya qaz nəqli üçün hazır vəziyyətə gətirilməsindən sonra Cənub Qaz Dəhlizinin son həlqəsi olan, Türkiyə-Yunanıstan sərhədindən başlayaraq İtaliyaya qədər uzanan “Trans-Adriatik” (TAP) boru kəmərinin tikintisinin tamamlanması və qaz axını üçün hazır vəziyyətə gətirilməsi gözlənilir. **
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət