PASHA Bank Georgia 2019-cu il mayın 7-də Tbilisidə keçiriləcək 8-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2019”un sponsoru olub. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Artıq hər il təşkil olunan forum bu gün iqtisadiyyatın müxtəlif sahələri üzrə layihələrin müzakirəsi üçün ənənəvi meydana çevrilib. Bu, Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq, həmçinin biznes-hökumət dialoqunun inkişafı, sahibkarlar arasında əlaqələrin qurulması, yeni ideya və layihələrin həyata keçirilməsi baxımından xüsusilə aktualdır”, - deyə PASHA Bank Georgia-nın direktorlar şurasının sədri və baş icraçı direktoru Arda Arkun söyləyib. O, Caspian Energy Forum Tbilisi-nin təşkilinin vacibliyini vurğulayıb.
Telman Əliyev bildirib ki, təşkilatçısı Caspian Energy Georgia olan Tbilisi forum Gürcüstan Hökumətinin, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin, Kvemo Kartli regionunun Quberbatorunun və Caspian European Club-un dəstəyilə keçirilir.Caspian Energy Forum Tbilisi – 2019-da sıralarında Gürcüstan və Azərbaycanın dövlət qurumlarının başçılarının, Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin, həmçinin iri beynəlxalq şirkətlərin, beynəlxalq maliyyə institutlarının rəhbərlərinin də yer aldığı dünyanın 30 ölkəsinin 300-dən artıq deleqatı iştirak edəcək.
Forumda Azərbaycanla Gürcüstanın enerji və iqtisadi layihələrinə həsr olunmuş plenar sessiyalar keçiriləcək.Caspian Energy Forum Tbilisi – 2019-un əsas mövzularından biri Kvemo-Kartli regionunun iqtisadi inkişafıdır. Tədbirin proqramında kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub. Günün ikinci yarısında iştirakçılar üçün Kvemo-Kartlinin istehsalat obyektləri üzrə biznes-tur təşkil olunacaq.
PASHA Bank Azərbaycan, Gürcüstan və Türkiyədə fəaliyyət göstərən regional maliyyə institutudur. PASHA Bank böyük və orta sahibkarlıq üçün bütün korporativ və investisiya bankinqi xidmətlərini həyata keçirir. PASHA Bank Georgia müştərilərə daha böyük diqqət ayırmaqla korporativ bank xidməti göstərmək üzrə ixtisaslaşıb. PASHA Bank həm müstəqil şəkildə, həm də nəhəng bank sindikatları çərçivəsində sürətli xidmət, rəqabətli faiz dərəcələri, hər bir müştərinin tələbatını və imkanlarını nəzərə almaqla fərdi bank xidməti təklif edir.
Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.
Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Yanvarda Azərbaycan Türkmənistandan 161 milyon kubmetrdən çox bəyan edilmiş qaz idxal edib
Yanvar-fevral aylarında İKZF-nin müvəkkil bankları ipoteka kreditləşməsini 23% artırıb
Yanvar-fevral aylarında Azərbaycan banklarının xarici öhdəlikləri 18% azalıb
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət