2019-cu ilin iyun ayında neft hasilatının azalmasına daia OPEC+ sazişinin uzadılması geosiyasi amillər və neftin kommersiya ehtiyatlarının azalmasının səviyyəsindən asılıdır. Energetika naziri Pərviz Şahbazov belə hesab edir.
“Hazırda neftin qiyməti qənaətbəxş səviyyədədir. 2018-ci il dekabr ayından OPEC+ çərçivəsində sazişin icra səviyyəsi aydan aya artır. İyun ayında keçiriləcək iclasda OPEC+ ölkələrinin neft hasilatının azalmasına dair yeni qərarın qəbulu bəzi geosiyasi amillər və neftin kommersiya ehtiyatlarının azalmasının səviyyəsindən asılı olacaq”, - P.Şahbazov bu gün Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda çıxışında bildirib.
Nazir məlumat verib ki, cari il proqnozlara əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində neftin kommersiya ehtiyatlarının artımı və qlobal iqtisadiyyat templərinin 3,6 faiz punktundan 3,3-ə qədər azalması gözlənilir.
“Dünyada qeyri-sabit geosiyasi vəziyyətin mövcudluğu şəraitində neft istehsal edən ölkələr arasında neft bazarında sabitliyin qorunması məqsədilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir”, - P.Şahbazov vurğulayıb.
O xatırladıb ki, Azərbaycan ilk gündən OPEC+ çərçivəsində sazişin fəal iştirakçısı olub. Eyni zamanda, o əlavə edib ki, neftin qiymətinin azalmasının qarşısının alınması üzrə tədbirlərin reallaşdırılması Azərbaycanın neft-qaz sektorunun inkişafına müsbət təsir göstərib. “2018-ci ildə mənfəət nefti və qaz satışından ölkənin gəlirləri $9,8 mlrd.-a çatıb”, - o bildirib.
2018-ci il dekabrın 7-də qəbul olunan OPEC+ üzrə yeni sazişə əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldacaqlar. Saziş 2019-cu ilin aprel ayında mümkün nəzərdən keçirilməsi şərti ilə yarım il müddətinə uzadılıb.
Azərbaycan OPEC+ ilə razılıq çərçivəsində gündəlik neft hasilatını 2018-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə 2,5 % və ya 20 min barrel - 776 min barrelədək azaltmaq öhdəliyi götürüb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət