“SOCAR Turkiye Enerji” (SOCAR-ın Türkiyədəki törəmə şirkəti) tərəfindən nəzarət olunan STAR Neft Emalı Zavodu (NEZ) 2019-cu ildə 8 mln. ton xam neft emal etməyi planlaşdırır. Bu barədə zavodun baş direktoru Mesut İlter bazar ertəsi Bakıda jurnalistlərə məlumat verib.
“Hazırda zavodda bütün qurğular tam gücü ilə çalışır. Fəaliyyətə başlanandan indiyədək zavod 15 mln. barrel neft emal edib (2 mln. tondan artıq - İF). Bütövlükdə, cari il NEZ-də emalın həcmi təqribən 8 mln. ton neft təşkil edəcək. Hazırda zavodda nəzərəd tutulan bütün neft məhsulları istehsal olunur”, - M.İlter bildirib.
O cümlədən, baş direktor məlumat verib ki, “SOCAR Trading” ilə razılığa əsasən, zavoda xam neft tədarükü yalnız bu şirkət vasitəsilə həyata keçirilir.
O, həmçinin bildirib ki, hazırda “STAR” NEZ emal üçün müxtəlif növ xam neftin növlərini sınaqdan keçirir. İndiyədək zavodda Rusiyanın “Urals” və Azərbaycanın “Azeri Light” nefti emal olunub.
“2019-cu ilin may ayından biz emal üçün digər neft növlərini almağı planlaşdırırıq”, - M.İlter bildirib.
O, həmçinin qeyd edib ki, zavod artıq daxili bazara neft məhsullarının tədarükünə başlayıb. 2019-cu ilin əvvəlindən Türkiyənin “Petkim” neft-kimya kompleksinə nafta və LPG tədarük olunub.
“Mart ayından etibarən Türkiyənin daxili bazarına təyyarə yanacağı, aprel ayından – dizel yanacağının tədarükünə başlamışıq. Cari il zavod 4 mln. ton dizel yanacağı istehsal etməyi planlaşdırır, bunun 3,5 mln. tonu daxili bazara, qalan həcmi isə ixraca yönəldiləcək. Eyni zamanda, gələcək aylarda dizel ixracının həcmi mühüm dərəcədə azaldılacaq, biz artan tələbatın ödənilməsi üçün diqqəti daxili bazara tədarükə yönəldəcəyik”, - M.İlter qeyd edib.
O xatırladıb ki, “STAR” NEZ İstanbulun yeni hava limanının ehtiyacları üçün illik 700 min təyyarə yanacağı tədarük etməyi planlaşdırır. Onun sözlərinə görə, Türkiyənin digər aeroportarını nəzərə almaqla, zavod tərəfindən daxili bazara aviakerosin tədarükünün ümumi həcmi illik 1 mln. ton təşkil edəcək. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət