Çərşənbə günü İnternet şəbəkəsində erməni alim İ.Orbelinin “Qandzasar və havotsptuk yazıları” adlı əsərini elmi nöqteyi-nəzərindən məhv olunmasını izah edən politoloq Fuad Axundovun “İosif Orbelinin kitabının yoxa çıxması səbəbləri haqqında” (“О причинах исчезновения книги Иосифа Орбели”) elektron kitabının təqdimatı olub.
“Bu gün vəziyyət təkrarlanır. 100 il əvvəl İ.Orbeli 1919-cu ildə Ermənistan hökumətinin təzyiqi altında kitab nəşr olunandan dərhal sonra Petroqradda (Sankt-Peterburq) bütün tirajı məhv edib. Alim həmin kitabı yazmaq üçün uzun illər araşdırma aparıb. Bu gün, 100 ildən sonra Ermənistan, tanınmış rusiyalı kinorejissor, “Mosfilm”in direktoru Karen Şahnazarovun Dağlıq Qarabağ ermənilərinin türk etnosuna aiddiyatı olduğunu təsdiq etməsinə qarşı çıxıb”, - F.Axundov “İnterfaks-Azərbaycan”a bildirib.
O qeyd edib ki, İ.Orbelinin kitabında Alban Apostol kilsəsinin erməniləşməsindən və nəticə etibarilə əksər hissəsi türklərdən ibarət olan Qarabağ xalqının erməniləşməsindən söhbət açılır. “Buna görə erməni K.Şahnazarov bəyan edib ki, onlar əvvəl türk olublar, sonra erməniləşiblər. O bildirib ki, soyadındakı nə “şah”, nə “nazar” sözləri erməni deyil, türk mənşəlidir. Necə ki, ulu babası Hüseynin adının türk mənşəli olduğu kimi. K.Şahnazarovun bu bəyanatı Ermənistan ictimaiyyətinin “Mosfilm”in direktorunu tənqid atəşinə tutmasına səbəb olub”, - F.Axundov bildirib.
O qeyd edib ki, K.Şahnazarov bu cür fikirlə çıxış edən yeganə məşhur erməni deyil. Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ının rəhbəri Artur Ağacanov da hesab edir ki, Qafqaz Albaniyasının irsi regionun türk xalqları ilə sıx əlaqədardır, hansı ki, erməni qriqoryan kilsəsi tərəfindən mənimsənilib və məhv edilib.
“İ.Orbelinin kitabı 100 ilə yaxın müddətdə elmi dairələrdə itirilmiş hesab olunurdu. Buna görə mən onu axtarmaq qərarı gəldim və Sankt-Peterburq arxivlərində tapdım. İ.Orbeli Qandzasarın Ermənistanın siyasi mərkəzi olmasına dair erməni istorioqrafiyanın fərziyyəsini tam təkzib edir. Müəllif öz kitabında Qandzasarda Müqəddəs İohann kilsəsinin divarında yazıların tərcüməsi zamanı səhvlər və sonrakı qeydləri təqdim edib. Faktiki olaraq, müəllif erməni kilsəsinə qarşı çıxış edərək mətnin məzmununun qəsdən saxtalaşdırılması və Albaniyanın mədəni və dini irsinin erməniləşdirilməsi barədə bəyan edir”, - F.Axundov qeyd edib.
Politoloq vurğulayıb ki, son 160 il ərzində Ermənistan tərəfi Qandzasarda kilsənin divarında yazıların tərcüməsi zamanı alban katolikosun patriarx mənsəbini qeyd etməməyi üstün tuturdu.
“Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, alban katolikosların xristian aləmində patriarx mənsəbi olub. Müqəddəs İohann kilsəsinin divarındakı yazıda alban dini liderinin “albanların katolikosu Nersesin patriarxlığı dövründə” titulu tam aydın tərcümə olunub. Bu, Alban Apostol kilsəsinin müstəqil olması və İsanın əshabələri tərəfindən yaradılması barədə xəbər verir, yəni avtokefal idi və erməni qriqoryan kilsəsinə heç bir aidiyyatı olmayıb”, - o vurğulayıb.
Lakin, F.Axundov əmindir ki, ermənilər alban xalqının dini lideri katolikos Nerses barədə söz açılan fraqmentin mövcudluğunu gizlətməyə çalşırlar və hazırda yazıya dəyişikliklər edirlər və ya Dağlıq Qarabağ torpaqlarının onlara mənsub olmasını sübut etmək məqsədilə kilsənin divarındakı daşları dəyişirlər.
“Qandzasar yazıları erməni və erməniyönümlü alimlərin həmin dövrdə alban xalqının artıq mövcud olmaması və onun etnik şüurunun olmamasına dair iddiaları təkzib edir. Onlar bu torpaqların alban xalqına aid olduğunu, alban knyazlar və Alban kilsəsi tərəfindən idarə edildiyini dəqiqliyi ilə təsbit və ermənilərin Cənubi Qafqaza tarixi-coğrafi mənsubiyyəti barədə mifi təkzib edirlər”, - F.Axundov bildirib.
Politoloq ehtimal edir ki, Azərbaycana qarşı ərazi iddiları ilə çıxış edən və1918-ci ildəDağlıq Qarabağın “tarixi erməni” torpaqları uğrunda müharibəyə başlayan Ermənistan hökuməti İ.Orbelini bir anda əsərinin bütün tirajını məhv etməyə məcbur edib.
“İ.Orbeli öz kitabını Daşnak Ermənistanı (Ararat Respublikası ) Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları irəli sürdüyü və Azərbaycanda Naxçıvan, Zəngəzur və Qarabağı, Gürcüstanda – Axalkalaki və Borçalını işöal etməyə çalışaraq hərbi əməliyyatlara başladığı tarixi dövrdə nəşr edib. 1920-ci ilin yanvar-sentyabr aylarında isə Daşnak Ermənistanı Türkiyə ilə qarşıdurmağa başladı. Əsərin yazıldığı tarixi vəziyyəti nəzərə alaraq, aydın olur ki, Qandzasar divarlarındakı yazıları erməni istorioqrafiyası ilə ziddiyyət təşkil edir. İ.Orbelinin nəticələri və onun digər nəşrlərdə Qarabağ məbədləri və torpaqların Qafqaz Albaniyasının bir hissəsi olması və ermənilərə heç bir aidiyyatı olmamasına dair ifadə etdiyi rəyi sözsüz ki, uydurma eməni tarixi konsepsiyaya zidd idi”, - F.Axundov vurğulayıb.
O əmindir ki, İ.Orbelinin kitabının öyrənilməsi dünya bilriyinə Qarabağın xristian irsi barəsində ermənilərin tarixi saxtalaşdırmasının miqyasını nümayiş etdirməyə imkan yaradır.
“Faktiki olaraq, İ.Orbelin Qandzasarda Müqəddəs İohann kilsəsinin divarında mətnlərin tərcüməsi qəsdən buraxılan səhvləri aşkar edərək erməni kilsəsinə boş şey üçün mübarizə apardıqlarını sübut edir. Və bu gün, Azərbaycana qarşı müharibəyə başlayan Ermənistan Respublikası Qafqaz Albaniyasının mədəni və dini irsinin saxtalaşdırılması vasitəsilə uydurma tarixə əsaslanan siyasəti həyata keçirməyə davam edir. Belə çıxır ki, Ermənistan lideri Nikol Paşinyanın həyat yoldaşı Dağlıq Qarabağda minlərlə əsgərin boş yerə, daha dəqiq desək, saxta istorioqrafiyaya görə öldüyünü bəyan edərkən haqqlı idi”, - F.Axundov qeyd edib.
“İnsanı öz kitablarını yandırmağa, susmağa məcbur etmək mümkündür, lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərini dəyişmək olmaz. Tarix - dəqiq elmdir”, - o əlavə edib.
Kitab üzərində işləyiblər: qədim erməni dilindən tərcümə edən – Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü Zaza Aleksidze, qədim erməni dilindən əlavə tərcümə edən – Telman Qasımov və Elşad Əlili, tərtibatçı – Rizvan Hüseynov, məsləhətçi – Elbrus Məmmədov.
Kitabı bu http://karabakhchurch.com/?fbclid=IwAR2ExcqaYdNsMHhc1WE_YiDRNp90PLcOuvDK7rVtDIGQn_DN8XXPRX9W8Co saytda yükləmək mümkündür
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət