Azərbaycan və Macarıstan nazirliklər səviyyəsində mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair razılığa gəlib. Bu barədə Azərbaycan Mədəniyyət Nazirliyindən məlumat verilir.
“Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin Macarıstan İnsan Resursları Nazirliyinin Beynəlxalq məsələlər üzrə Dövlət Katibi Orsolya Paçay-Tomaşiç arasında Budapeştdə keçirilən görüşün yekunlarına dair “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq Proqramı” imzalanıb”, - məlumatda deyilir.
O.Paçay-Tomaşiç hazırda Macarıstanın təqdim etdiyi təqaüd proqramı çərçivəsində 600-dən çox azərbaycanlı tələbənin bu ölkədə təhsil aldığını qeyd edib.
Onun sözlərinə görə, Macarıstan həm ikitərəfli əsasda, həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı, TÜRKSOY, TÜRKPA kimi təşkilatlar çərçivəsində bu dövlətlərlə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
Öz növbəsində V.Əliyev Bakı ilə Budapeşt arasında münasibətlərin strateji xarakterini qeyd edərək imzalanan Proqramın əhəmiyyətini vurğulayıb.
“Hazırda hər iki ölkənin bir sıra böyük mədəniyyət müəssisələri arasında, o cümlədən direktoru bu gün görüşdə iştirak edən Azərbaycan Milli Kitabxanası ilə Macarıstan Milli Kitabxanası arasında memorandum mövcuddur və bu sahədə müəyyən işlər görülür, ancaq bu gün imzalanacaq proqram sənədi dövlət səviyyəsində bu əlaqələrin daha da səmərəli təşkilinə yönələcək”, - nazir müavini bildirib.
V.Əliyev O.Paçay-Tomaşiçi Azərbaycana səfərə dəvət edib. **
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət