2019-cu ilin I rübündə qeyri-neft idxalının göstəricisinin mühüm dərəcədə artımı Azərbaycan Dövlət Neft Fondu tərəfindən iri partiya qızıl külçə alışı ilə əlaqədardır. Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“Cari ilin birinci rübündə qeyri-neft idxalının artımı təxminən 50% ARDNF tərəfindən iri partiya qızıl külçə alışı ilə əlaqədardır. Bu ənənəvi idaxl deyil, aktivlərin mübadiləsidir. Statistikada bu amil nəzrə alınadan sonra qeyri-neft idxalının artımı cəmi 9,7% təşkil edəcək”, - E.Rüstəmov bildirib.
Xəbər verildiyi kimi, yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $7 mlrd. 620 mln. 126,15 min (2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 37,4% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $4 mlrd. 484 mln. 549,22 min (artım 33,7%), idxalın həcmi $3 mlrd. 135 mln. 576,93 min (artım 43,1%) təşkil edib.
2019-cu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $1 mlrd. 348 mln. 972,29 min təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 15,9% çoxdur.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov “Bloomberg” agentliyinə müsahibəsində bildirib ki, 2019-cu ildə qızıl aktivlərinin həcmini 100 tona çatdırmağı planlaşdırır.
2018-ci ilin sonuna ARDNF-in investisiya portfelinin strukturunda qızılın payı 50 min 953,3 kq (1 mln. 638 min 186,3 troya unsiyası), dəyəri $2 mlrd. 93,09 mln. təşkil edib.
ARDNF 2012-ci ilin əvvəlindən etibarən qızıl alışına başlayıb. 2012-2013-cü illərdə fond tərəfindən 30 174,89 kq (970 145,51 unsiya) qızıl alınıb. 2014-2017-ci illərdə isə qızıl alınmayıb. 2018-ci ildə ARDNF qızıl alışını bərpa edib və il ərzində 20 min 778,41 kq qızıl alıb. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət