Azərbaycan istehsalı olan “QFAB-250 LG” aviasiya bombası İstanbulda keçirilən “IDEF-2019” sərgisində ilk dəfə nümayiş etdirilib. Bu barədə Müdafiə Sənayesi Nazirliyinin məlumatında deyilir.
“Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan “QFAB-250 LG” aviasiya bombasının inert nümunəsi İstanbulda keçirilən “IDEF-2019” sərgisində ilk dəfə nümayiş etdirilib və böyük maraqla qarşılanıb”, – deyə məlumatda bildirilir.
Lazer güdümlü, 250 kiloqram çaplı qəlpəli-fuqaslı aviasiya bombası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin “ASELSAN” şirkətinin birgə hazırladığı layihə əsasında yaradılıb.
Aviasiya bombasının 3 ədəd inert nümunəsi artıq hazırdır, bu nümunələrin sınaqlarının keçirilməsi planlaşdırılır. İnert nümunələrin sınaqları yekunlaşdıqdan sonra döyüş nümunələrinin sınaqlarının həyata keçirilməsi nəzərdə tutulur.
Uzunluğu 3300 mm, diametri 240 mm, kütləsi 270 kiloqram olan “QFAB-250 LG” aviasiya bombaları 12000 metrədək məsafədən hədəfi maksimum 10 metr sapma ilə vurmaq imkanı verəcək.
“QFAB-250 LG” aviasiya bombası NATO standartlarına uyğun yaradılıb.*
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət