Bakının Baş Planı yeni redaksiyada 1-2 il ərzində hazır olacaq. Bunu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadə deyib.
“Bakının yeni Baş Planının hazırlanması üzrə tender hələ davam edir. Dünyanın bir çox tanınmış şirkətləri bu tenderə dəvət edilib. 1-2 il ərzində Baş Plan yeni redaksiyada hazır olacaq”, - deyə o, bu gün Memarlar İttifaqının “Bakının şəhərsalma inkişafı” mövzusunda plenumunda çıxışı zamanı bildirib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə qeyd edib ki, Bakı dünyanın ən gözəl şəhərləri sırasındadır.
“Bu gün biz Azərbaycan paytaxtının keyfiyyətcə sürətli inkişaf dövründə yaşayırıq. Lakin bu inkişaf öz həllini tələb edən yeni problemlər ortaya çıxarır. Buna görə belə görüşlərin təşkili böyük önəm kəsb edir”, - deyə icra başçısı vurğulayıb.
O, Memarlar İttifaqının plenumlarının hər il Bakı Şəhər İcra Hakimiyyətinin binasında keçirilməsini təklif edib.
Xəbər verildiyi kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş Planının hazırlanması işinə “The Boston Consulting Group” şirkətini cəlb edib. Müqavilənin dəyəri 1 mln. 285 min avrodur.
Birinci mərhələdə paytaxt ilə bağlı bugünədək hazırlanmış bütün şəhərsalma və ərazi planlaşdırılması sənədləri, o cümlədən “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələri təhlil edilib, ən uğurlu dünya təcrübəsi və ölkənin inkişaf prioritetləri nəzərə alınaraq Bakı şəhərinin inkişafı konsepsiyası hazırlanıb, inkişaf prioritetlərinin istiqamətləri müəyyənləşdirilib.
İkinci mərhələyə Almaniyanın "AS+P" şirkəti cəlb olunub. Bu mərhələdə şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparılacaq.
Nəzərdə tutulan bu çoxşaxəli kompleks fəaliyyət çərçivəsində müxtəlif incələmə səviyyəsində bir sıra istiqamət üzrə proqramlar işlənəcək. “Ərazilərin tarazlı istifadəsi və inkişafı”, “Yol-nəqliyyat infrastrukturunun və ictimai nəqliyyat sisteminin inkişafı”, “Ətraf mühitin və ekoloji durumun yaxşılaşdırılması”, “Mühəndis-kommunikasiya sisteminin inkişafı”, “İctimai məkanların inkişafı”, “Əsaslı tikinti və tikinti sıxlığının tənzimlənməsi” və digər proqramlar paytaxtın Baş Planı üzərində işin əsas tərkib hissələri kimi nümunə gətirilə bilər.
Bakının Baş Planı hazırlandıqdan sonra sənədin yekun layihəsi təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunacaq. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Baş Plan şəhər ərazisi daxilində torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadə növlərini müəyyənləşdirir və növbəti 20 il ərzində şəhərin inkişafında iştirak edən bütün qurumlar tərəfindən bu istiqamətdə fəaliyyətdə rəhbər tutulacaq əsas sənəddir.*
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət