Azərbaycanla NATO 25 ildən çoxdur Avro-Atlantik regionunda sülhü və təhlükəsizliyi təmin etmək istiqamətində geniş məzmunlu dialoq aparır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına ölkəmizin qoşulmasının 25 illiyi münasibətilə XİN-inrəsmi dərgisi olan “Diplomatiya dünyası”nda dərc olunan məqaləsində deyilir.
“Bu il Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmasının 25 illiyini qeyd edirik. Azərbaycan NATO-nun beynəlxalq sülh və təhlükəsizliyi həm də təşkilatın üzvü olmayan dövlətlərlə tərəfdaşlıq vasitəsilə də təmin etməklə bağlı fəaliyyətini müsbət qiymətləndirir. Bununla bağlı biz Avro-Atlantik regionunda təhlükəsizliyi birgə səylərlə gücləndirməyə yönələn tədbir kimi bu proqramı yüksək qiymətləndiririk”, - deyə məqalədə bildirilir.
Məqalədə qeyd olunur ki, 25 ildən çoxdur Azərbaycanla NATO Avro-Atlantik regionunda sülhü və təhlükəsizliyi təmin etmək barədə geniş məzmunlu dialoq aparır.
Məqaləyə əsasən, bu gün Azərbaycanla NATO arasındakı tərəfdaşlıq münasibətləri ənənəvi hərbi sahə çərçivəsindən çıxıb təhlükəsizlik sektorundakı islahatla bağlı bir çox məsələləri, mülki fövqəladə planlama, elm, ətraf mühitin mühafizəsi, mina fəaliyyətləri və bir çox digər məsələləri əhatə edir.
“Azərbaycanla NATO-nun tərəfdaşlığı gələcək baxımdan perspektivli sahədir. Ortaya çıxan yeni-yeni problemlər bu tərəfdaşlığı daha da inkişaf etdirməyi şərtləndirir. Azərbaycan Avro-Atlantik regionunda BMT Nizamnaməsinin, “Sülh naminə tərəfdaşlıq” çərçivə sənədinin prinsip və məramlarına müvafiq olaraq bütün dövlətlərin təhlükəsizlik maraqlarına tam uyğun olan səmərəli təhlükəsizliyin bərqərar olunması istiqamətində bundan sonra da əməkdaşlıq etmək əzmindədir”, - deyə məqalədə vurğulanır.*
Ə.Məmmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət