2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 15,5 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-aprel aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5% artıb.
2019-cu ilin yanvar-aprel aylarında sənaye məhsulunun 69,7%-i mədənçıxarma sektorunda, 25,1%-i emal sektorunda, 4,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 81,7%, qoşqu və yarımqoşquların istehsalı 76,7%, içkilərin istehsalı 57,1%, əczaçılıq məhsullarının istehsalı 54,2%, mebel istehsalı 50,7%, toxuculuq sənayesi məhsullarının istehsalı 48,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 43,6%, kağız və karton istehsalı 33,1%, kimya sənayesi məhsullarının istehsalı 31,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,7%, ərzaq sənayesi mıhsullarının istehsalı 21,8%, tütün məmulatlarının istehsalı 21,1%, maşın və avadanlıqların istehsalı 12,1%, geyim istehsalı 10,2%, poliqrafiya məhsullarının istehsalı 7,4%, tikinti materiallarının istehsalı 5%, hazır metal məmulatlarının istehsalı 4,8%, elektrik avadanlıqlarının istehsalı 2,6% artıb.
Hesabat dövrü ərzində sair nəqliyyat vasitələrinin istehsalı 4,2%, kompüter, elektron və optik məhsulların istehsalı 14,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 16,7%, , dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 29,5% azalıb.
Yanvar-aprel aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,4% artıb.
2018-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 47,7 mlrd. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 1,5% çoxdur.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət