SOCAR şirkəti (ARDNŞ) çərşənbə axşamı Qalmaz yeraltı qaz anbarında yeni kompressor stansiyasını istismara verib. Bu barədə şirkətdən məlumat verilir.
“Gündəlik məhsuldarlığı 3 mln. kubmetr həcmində olan 3 saylı yeni kompressor stansiyasının istismara verilməsi Qalmaz yeraltı qaz anbarının sutkalıq məhsuldarlığını 30% - 10 mln. kubmetrdən 13 mln. kubmetrədək artıracaq. Anbara əlavə qaz həcmlərinin vurulması təbii qaza olan tələbatın kəskin artdığı qış aylarında tədarük edilmiş qaz həcmlərinin daha böyük həcmdə çıxarılması və istehlakçılara çatdırılması üçün şərait yaradır”, - məlumatda deyilir.
Bildirilir ki, yeni kompressor stansiyasının inşası Qalmaz yeraltı qaz anbarının qaz həcminin 1 milyard m3-dən 1,5 milyard m3-ə çatdırılması məqsədi ilə inşa edilib. Yeni stansiya “Nefqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilib, inşası “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilib.
“Stansiya həm bir pilləli, həm də iki pilləli rejimdə işləyəcək”, - məlumatda qeyd olunur.
“Yeraltı qaz anbarlarını genişləndirməkdə əsas məqsədimiz ölkənin artan daxili tələbatını təmin etmək, istehlakçılara təbii qazı maksimum sürət və səmərə ilə çatdırmaqdır. Yeni kompressor stansiyası vasitəsi ilə təbii qaz anbara daha böyük həcmlərdə vurulacaq”, - məlumatda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sözlərindən sitat gətirilir.
Yeraltı qaz anbarlarının saxlama gücü 3,5 mlrd. kubmetr təşkil edir ki, bu da ölkənin qaza olan daxili tələbatını 30-33% ödəməyə imkan verir. SOCAR “Qaradağ” və “Qalmaz” qaz anbarlarının ümumi gücünün 5 mlrd. kubmetrədək artırılması istiqamətində işləri davam etdirir.
“Qalmaz” yeraltı qaz anbarı Bakıdan 75 km cənub-şərqdə yerləşir və 1955-ci ildə istismara verilib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət