"AccessBank" QSC-nin səhmdarlarının ümumi yığıncağında Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib. Bu barədə bankın məlumatında deyilir.
“Səhmdarların ümumi yığıncağında Müşahidə Şurasının yeni tərkibinin seçilməsi ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, Oleq İvaniyçuk bankın Müşahidə Şurasının sədri seçilib. Bununla yanaşı, Corc Rubli (George Rublee), Dariuş Katsprşik (Dariusz Kacprzyk) və Verner Klas (Werner Claes) Müşahidə Şurasının yeni üzvləri kimi fəaliyyətə başlayıblar.
O.İvaniyçuk "responsAbility Investments AG" investisiya şirkətində müxtəlif vəzifələrdə çalışıb.2017-ci ildən etibarən Restrukturizasiya bölməsinə rəhbərlik edir.
C.Rubli2010-cu ilin noyabr ayından etibarən Asiya İnkişaf Bankında Korporativ bərpa üzrə baş mütəxəssis vəzifəsində çalışır. O, həmçinin Asiya İnkişaf Bankının Risklər üzrə katibliyinə də rəhbərlik edir.
D.Katsprşik2018-ci ilin iyun ayından etibarən Polşanın tənzimləyici qurumu tərəfindən "Bank BPS SA"-nın bərpası üzrə idarəedici vəzifəsində çalışır.
V.Klas2008-ci ildən etibarən "International Financial Consulting Ltd." şirkətində baş hüquqşünas və "BVBA Global Financial Consulting" şirkətində baş direktor vəzifələrində çalışır.
Sözügedən dəyişikliklərə qədər Müşahidə Şurasının sədri Yan Klasen idi. Onun rəhbərlik etdiyi Şura Rayner Müller-Hanke ilə yanaşı, Sayed Aftab Ahmed, Tomas Enqelhardt və Emre Yıldız kimi təcrübəli mütəxəssislərdən ibarət olub.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları xarici banklar və maliyyə institutlarıdır. Bu ilin mart ayında bank səhmdarların yeni tərkibinin formalaşdırıması prosesinin başa çatdığını elan edib.*
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət