Prezident İlham Əliyev bu gün Pirallahı Sənaye Parkında "Diamed Co" şpris istehsalı zavodunun açılış mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Birdəfəlik şpris istehsalı zavodunun tikintisi “Diamed CO” MMC tərəfindən həyata keçirilib. Zavodun tikintisinə investisiya qoyuluşları $4 mln. məbləğində qiymətləndirilir. Bu məbləğin $1,7 mln.-u “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC-nin sərmayələrinin payına düşür. Zavodda məhsul istehsalı üçün yerli və xarici xammaldan istifadə olunacaq. İlkin mərhələdə zavodun illik gücü 150 mln. ədəd birdəfəlik şpris təşkil edəcək. Müəssisədə istehsal olunan məhsulların Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixracı da planlaşdırılır.
Prezident İlham Əliyev 2016-cı ilin sentyabr ayında Pirallahı Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. Parkın yaradılmasında məqsəd ölkədə qeyri-neft sənaye sahələrinin davamlı inkişafını təmin etmək, sənaye sahəsində sahibkarlığı dəstəkləmək, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasını təşkil etmək, əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsullarının idxalından asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalı təşviq etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır.*
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət