Azərbaycanda “Mir” kartlarının qəbul edilməsi üzrə texniki işlər artıq başa çatıb, bu, yaxın gələcəkdə milli ödəniş kartlarının tam şəkildə qəbuluna başlamaq imkanı verəcək. Bunu Milli ödəniş kart sisteminin (“Mir” ödəniş sisteminin operatoru) rəhbəri Vladimir Komlev deyib.
"Azərbaycanda ilk pilot bank olan “VTB Bank (Azerbaijan)” ilə “Mir” kartlarının qəbuluna başlamaq üçün bütün zəruri texniki tədbirlər görülüb. “AzeriCard” şirkəti bu layihədə texnoloji tərəfdaş kimi çıxış edəcək”, - deyə o, bu gün Bakıda keçirilən “Fintex Summit 2019”-da bildirib.
V.Komlev qeyd edib ki, “Mir” ödəniş sistemi Azərbaycanın bankomat və və pos-terminal şəbəkəsinə malik olan müxtəlif bankları ilə də əməkdaşlığa hazır olacaq.
Onun sözlərinə görə, Rusiyadan Azərbaycana gələn turistlərin sayı olduqca çoxdur. Azərbaycan rusiyalı turistlərin ən çox ziyarət etdiyi ölkələr arasında liderlərdən biridir. 2018-ci ilin yekunları üzrə Azərbaycana 789 min rus gəlib, eyni zamanda, 893 min azərbaycanlı Rusiyaya səfər edib. Rusiya və Azərbaycan arasında qarşılıqlı turist axınının, eləcə də mövcud pul axının artması kartların qəbul edilməsi layihəsinin genişləndirilməsinə zəmin yaradır.
V.Komlev əlavə edib ki, Rusiyada ümumilikdə 58 mln. ədədə yaxın “Mir” kartı buraxılıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət