Azərbaycan hüquq sistemini təkmilləşdirməlidir. ABŞ-ın Bakıdakı səfiri Erl Litsenberger belə hesab edir.
“Son iki il ərzində Azərbaycan mühüm iqtisadi islahatlar həyata keçirib, Amerika şirkətləri onların müsbət nəticələrini qeyd edirlər.Bu, xüsusilə gömrük və vergi sahələrində hiss olunur. Lakin Azərbaycan hüquq sistemini də təkmilləşdirməlidir”, - səfir bu gün Bakıda keçirilən ABŞ-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının IV iclasında bildirib.
ABŞ Dövlət Katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Peter Haas öz növbəsində qeyd edib ki, ABŞ energetika, nəqliyyat və logistika sahələrində Azərbaycanla əməkdaşlığa hazırdır, lakin bunun üçün güclü hüquq sistemi zəruridir.
“7 ildən sonra Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpası bizi sevindirir. ABŞ Azərbaycanla əməkdaşlığa hazırdır, lakin Amerika şirkətləri güclü hüquq və məhkəmə sistemi olan ölkələrə üstünlük verirlər”, - Haas bildirib.
Azərbaycan prezidenti İlham Əliyev 3 aprel 2019-cu il tarixində Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmə yaradılacaq.
Həmçinin fərmanda bildirilir ki, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması labüddür. Bundan əlavə, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması tapşırılıb. **
Ə.Məmmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət