Azərbaycan “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsindən çıxmaq niyyətində olan Amerikanın “Exxon” və “Chevron” şirkətlərinin paylarının alınması üçün avrobondların yerləşdirilməsini planlaşdırmır. Bunu “İnterfaks-Azərbaycan”a maliyyə naziri Samir Şərifov deyib.
“Biz “Exxon” və “Chevron” şirkətlərinin AÇG layihəsindəki paylarının alınması üçün bondların buraxılmasını planlaşdırmırıq”, - S.Şərifov bildirib.
2018-ci ilin dekabr ayında “Exxon” və “Chevron” AÇG layihəsindəki paylarını satmaq planları barədə bəyan ediblər.
Daha əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, SOCAR və onun “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsi üzrə tərəfdaşları satışa çıxarılacaq payların alınması ilə bağlı tenderdə iştirak etmək niyyətindədir.
Aprelin əvvəlində verilən məlumata görə, ВР şirkəti “Exxon” və “Chevron” şirkətlərinin AÇG layihəsindəki paylarının alınmasını nəzərdən keçirməyə hazırdır.
Sözügedən layihədə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət