2019-cu ilin yanvar-mart aylarında Azərbaycana 405,8 min ton buğda idxal edilib ki, bu da 2018-ci ilin yanvar-mart aylarının göstəricisindən 28,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $91 mln. 130,1 min (artım 70%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $31 mln. 582,6 min dəyərində (artım 4 dəfə) 84,906 min ton şəkər xammalı və şəkər (artım 4,9 dəfə), $20 mln. 446,9 min dəyərində (azalma 35,2%) 27,158 min ton bitki yağı (azalma 27,9%), $9 mln. 986,2 min dəyərində (azalma 15,8%) 2,699 min ton çay (azalma 11,9%), $13 mln. 527,3 min dəyərində (azalma 34,6%) 2,649 min ton kərə yağı və süd (azalma 23,9%) idxal edilib.
Bundan əlavə, yanvar-mart aylarında respublikaya $6 mln. 640,1 min dəyərində (artım 5,3%) 2,184 min ton iribuynuzlu heyvan əti (artım 3,1%), $10 mln. 168,9 min dəyərində (artım 1,9 dəfə) 9,764 min ton quş əti və ondan hazırlanan məmulatlar (artım 2 dəfə) idxal olunub.
Bu dövrdə respublikaya $35 mln. 651,4 min dəyərində (artım 26,3%) 37,982 min ton meyvə (artım 2,9%), $2 mln. 959 min dəyərində (azalma 15,8%) 5,274 min ton tərəvəz (azalma 19%), $17 mln. 326 min dəyərində (artım 32,6%) 66,826 min ton kartof (artım 24,5%) idxal edilib.
Yanvar-mart aylarında ölkədən $31 mln. 31 min dəyərində (artım 12,6%) 34,695 min ton tərəvəz (artım 38,9%), $71 mln. 8,6 min dəyərində (artım 35,5%) 61,81 min ton meyvə (artım 25,7%) ixrac edilib.
Bundan əlavə, hesabat dövründə Azərbaycandan $2 mln. 768,5 min dəyərində (azalma 33,7%) 6,107 min ton şəkər (azalma 13,4%), $1 mln. 178,7 min dəyərində (azalma 28,1%) 1,194 min ton bitki yağı (azalma 22,4%) ixrac edilib.
Həmçinin yanvar-mart aylarında Azərbaycandan $3 mln. 334,2 min dəyərində (artım 26,9%) 2,931 min ton meyvə və tərəvəz şirələri (artım 37,8%), $1 mln. 488,4 min dəyərində (azalma 0,8%) 102,1 min dekalitr təbii üzüm şərabı və üzüm suslosu (azalma 14,2%), $1 mln. 757 min dəyərində (azalma 5,1%) 1 min 139,7 ton (azalma 11,9%) meyvə və tərəvəz konservi ixrac edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət