Vergilər Nazirliyi mayın sonunadək xüsusi metodikalar əsasında sektorlar üzrə vergi boşluqlarını qiymətləndirməyi planlaşdırır. Bunu vergilər nazirinin müşaviri Xəqani Abdullayev deyib.
“Birinci rübün yekunları bir sıra istiqamətlərdə erkən "ağarma" əlamətlərinin olduğunu göstərir. “Ağarma” effektini müəyyən etmək üçün ayrı-ayrı sahələr üzrə işçi qruplar yaradılıb. Bununla yanaşı, həmin sahələrdə vergi potensialının müəyyən olunması istiqamətində işlər aparılır. Mayın sonunadək xüsusi metodikalar əsasında sektorlar üzrə vergi boşluqları da qiymətləndiriləcək", - deyə o, “Vergilər” qəzetinin təşkil etdiyi “dəyirmi masa” çərçivəsində bildirib.
X.Abdullayevin sözlərinə görə, birinci rübdə qeyri-neft sektoru üzrə 19%, pərakəndə ticarət dövriyyəsində 35% artım olub ki, bu da “ağarma” prosesinin nəticəsidir.
“Ən böyük "ağarma" effektini biz bu gün istehlak sferasında görürük. Pərakəndə və topdansatış ticarətin həcmi də ötən ilin ilk rübü ilə müqayisədə 16% artıb. ƏDV-yə cəlb olunan dövriyyələrin artımları da yüksəkdir. Pərakəndə ticarətdə həmin dövriyyələr 38%, topdansatışda 28%, kənd təsərrüfatında 38% təşkil edib”, - deyə vergilər nazirinin müşaviri qeyd edib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət