Azərbaycan ilə Böyük Britaniya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbıti, 4-cü iclası 2020-ci ildə Bakıda keçiriləcək. Bu barədə Azərbaycan Energetika Nazirliyindən məlumat verilir.
Mayıpn 22-də Londonda keçirilən Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclasında müvafiq qərar qəbul olunub.
İclasda çıxış edən energetika naziri Pərviz Şahbazov qeyd edib ki, hazırda Azərbaycanda 437 Britaniya sərmayəli şirkət fəaliyyət göstərir və bu ölkə tərəfindən Azərbaycan iqtisadiyyatına
28 mlrd. dollar investisiya yatırılıb.
Həmçinin, Şahbazov qeyd edib ki, iki ölkə arasında ötən il ticarət dövriyyəsi 61,1%, cari ilin yanvar-mart ayları ərzində 89,6% artıb.
Öz növbəsində, Komissiyanın həmsədri, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberi Azərbaycanla çoxşaxəli əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd edib.
İclasda bildirilib ki, Birləşmiş Krallıq kənd təsərrüfatı sahəsində təcürbəsini, məhsulların istehsalında texnologiyasını paylaşa, prioritet istiqmətlər üzrə birgə layihələr həyata keçirilə bilər.
Əməkdaşlıqda neft-qaz sektorunun mühüm rolundan bəhs edilib. Neft-qaz sektorunda hasilat xərclərinin azaldılması, karbohidrogenlərin məhsuldarlığının artırılması, yeni texnologiyaların inkişaf etdirilməsi, eləcə də bərpa olunan enerji, enerji səmərəliliyi enerji əməkdaşlığının gələcək istiqamətləri kimi məyyənləşdirilib.
Azərbaycan tərəfi Sumqayıt Kimya və Pirallahı Sənaye Parkları, Dövlət-Özəl Tərəfdaşlığı layihələri əməkdaşlıq üçün yeni imkanlar kimi vurğulayaraq, kənd təsərrüfatı, turizm və qeyri-neft sektorunun digər sahələrində də Böyük Britaniya şirkətlərinin iştirakının vacibliyi qeyd edib.
Həmçinin Komissiya çərçivəsində Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət