2017-ci ildə Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi nəticələri $764 mln. və ya ölkə üzrə ÜDM-in 1,8%-ni təşkil edib. Bu barədə beynəlxalq ekspert Anna Gerasimenko bildirib.
“Tədqiqatlara görə, 2017-ci ildə Azərbaycanda 211,8 min qadın zorakılığa məruz qala bilərdi”, - deyə o, bu gün Bakıda BMT-nin Əhali Fondunun (UNFPA) "Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi nəticələri" adlı hesabatının təqdimatında qeyd edib.
A.Gerasimenko deyib ki, tədqiqatlara görə, 2017-ci ildə zorakılığa məruz qalan qadınlara $9,8 mln. dəyərində tibbi xidmət, $11,8 mln. dəyərində isə digər xidmətlər göstərilib.
"Azərbaycan hüquq-mühafizə orqanlarının cinayətlərin üstünün açılması ilə bağlı fəaliyyəti, həbs orderlərinin verilməsi və qadınlara qarşı zorakılıq faktları ilə əlaqədar məhbusların həbsxanalarda saxlanması xərcləri 2017-ci ildə hökumətə $1,5 mln.-a başa gəlib”, - deyə hesabatda bildirilir.
"Əgər ilk tədqiqatın aparıldığı 2008-ci ildə Azərbaycanda qadınların 15%-i cinsi partyorun fiziki zorakılığına məruz qalmışdırsa, 2016-cı ildə onların payı 32,1%-dək artıb", - deyə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshakzai vurğulayıb.
Onun sözlərinə görə, dünyada kişilərlə münasibətdə olan hər 3 qadından biri gender əsaslı zorakılığa məruz qalır. "Bu gün dünyada 1 mlrd. qadın gender əsaslı zorakılığın qurbanıdır", - deyə Q.İshakzai bildirib.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət