Bakı və Moskva arasında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Sənədi Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rusiya Federasiyasının əmək və sosial müdafiə naziri Maksim Topilin imzalayıblar.
Saziş iki nazirlik arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi problemlərinin normativ hüquqi tənzimlənməsi, əhali sakinliyi və demoqrafik inkişaf məsələləri daxil olmaqla insan ehtiyatlarının planlaşdırılması və inkişafı, işçi qüvvəsinin keyfiyyətinin artırılması, o cümlədən peşə standartlarının hazırlanması və tətbiqi istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.
O cümlədən, ki nazirlik vətəndaşların, xüsusilə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların məşğulluğuna yönəldilmiş tədbirlərin görülməsi, aktiv məşğulluq tədbirlərinin hazırlanması və həyata keçirilməsi, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi, əməyin mühafizəsi və təftişi məsələləri daxil olmaqla sosial-əmək münasibətləri, əmək mübahisələrinin həlli sahəsində əməkdaşlıq həyata keçirəcək.
Saziş həmçinin sosial müdafiə, məşğulluq və əmək miqrasiyası sahəsində siyasət, yoxsulluğun azaldılması üzrə tədbirlərin görülməsi, yaşayış minimumu həddinin müəyyənləşdirilməsi metodologiyasının təkmilləşdirilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya tədbirlərini nəzərdə tutur.
“Saziş əlilliyi olan şəxslərin məşğulluğu və sosial inteqrasiya, sosial xidmətlər, sosial tərəfdaşlıq və işsizlikdən sosial müdafiə sistemlərinin inkişafı, müvafiq sahələrdə birgə layihələrin hazırlanması, həyata keçirilməsi, elmi tədqiqatların, proqramların əlaqələndirilməsi və digər sahələr üzrə əməkdaşlığa yönəlib”, - məlumatda deyilir.
Həmçinin, M.Topilin Bakiya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə Bakı ilə Moskva arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, təcrübə mübadiləsinin aparılması üçün yaxşı imkanların olduğu qeyd edildi”, - məlumatda vurğulanır. **
R.Babayev
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət