Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın "İzvestiya" qəzetinin jurnalisti Qriqoriy Klimovun Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məsələni araşdırır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
"Onunla (Klimov - İF) bağlı bizdə bəzi şübhələr yaranıb. Hazırda bu məsələni araşdırırıq", - deyə L.Abdullayeva "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
O vurğulayıb ki, “jurnalist haqqında müvafiq məlumatlar əldə edildikdən” sonra onun adı “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınacaq.
Qeyd edək ki, bu gün "İzvestiya" qəzetinin saytında Qriqoriy Klimovun müəllifi olduğu “Müharibə zamanı ziyafət: Qarabağ 25 illik atəşkəsdən sonra” adlı məqalə dərc olunub. Məqalədə Dağlıq Qarabağdakı vəziyyəti təsvir edən jurnalist rusiyalı oxucuya qanunsuz rejim nümayəndələrindən əldə etdiyi təhrif olunmuş məlumatları təqdim edir.*
F.İsazadə
DSX: 2019-cu ildə Azərbaycana 3 milyonuncu turist gəlib
Azərbaycan prezidenti Heydər Əliyevin məzarı önünə əklil qoyub
Abşeron RİH Xırdalanda küçə işıqlandırmasının təmirinə təxminən 130 min manat yönəldəcək
“Azərsu” Neftçala şəhərinin su təchizatı sisteminin yenidən qurulması üçün 5 milyon manat alacaq
Oreşkin: 2021-ci ilin yayında Həştərxanda Xəzər İqtisadi Forumu keçiriləcək
XİN: “Xəzər beşliyi”nin Yüksək Səviyyəli İşçi Qrupunun görüşü Moskvada keçiriləcək
İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 500 nəfəri ötüb
2020 AccessBank üçün mənfəət ilidir
Azərbaycanın sığorta sektoru: kəmiyyət inkişafından keyfiyyət inkişafına keçid
“Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!
"İnsan hüquqları və yerli özünüidarəetmə" mövzusunda "dəyirmi masa"
Gələn ilin yazında Azərbaycanda II Argus Neft Sammiti keçiriləcək
Dekabrda Bakıda IV “İnnovasiyalar zamanı 2019” Forumu keçiriləcək