22 may 2019-cu il tarixində bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin və STEP IT Academy-nin direktoru Aleksey Sleptsov memorandum imzalayıb. Sənəd informasiya texnologiyaları sahəsində birgə layihələrin işlənməsi və həyata keçirilməsi, eləcə də İT üzrə təcrübə mübadiləsi və tədris-metodiki vəsaitlərin hazırlanmasını nəzərdə tutur. Razılaşma çərçivəsində VTB (Azərbaycan) uğurlu və perspektivli tələbələrə bankda təcrübə və iş təklif etmək niyyətindədir. Bundan başqa, tərəflər seminar, konfrans və digər birgə tədbirlərin təşkilatında əməkdaşlığı planlaşdırır.
“STEP IT Academy ilə əməkdaşlıq təhsilə dəstək çərçivəsində bankın həyata keçirdiyi tədbirlərdən biridir. Bu istiqamətdə VTB (Azərbaycan) artıq ölkənin bir sıra aparıcı ali təhsil müəssisələrilə əməkdaşlıq edir. Biz səlahiyyətlərimiz çərçivəsində tələbələr üçün ekspert qismində çıxış edir, elmi layihələrin hazırlanmasında onlara kömək göstərir, tələbə təcrübəsini inkişaf etdirir və bununla da yeni gənc kadrların hazırlanmasına öz tövhəmizi veririk” – deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.
Arayış üçün
STEP IT Academy – İT sahəsində kadrların hazırlanması üzrə ixtisaslaşan təhsil müəssisəsidir. Akademiya proqramçı, dizayner və sistem mühəndislərini hazırlayır. Hazırda müəssisə 12 ölkədə 42 filialla təmsil olunur. STEP IT Academy Microsoft, Cisco, Autodesk kimi şirkətlərin səlahiyyətli tədris mərkəzidir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət