SOCAR-ın prezidenti (ARDNŞ) Rövnəq Abdullayev şirkətin Antipin Neft Emalı Zavodunun (NEZ) satın alınmasına marağını qeyd edir.
“Danışıqlar aparılır. Rusiya bazarı çox böyükdür və bu bizə maraqlıdır”, - R.Abdullayev “İnterfaks-Azərbaycan”a bildirib.
Eyni zamanda, o vurğulayıb ki, NEZ-in satın alınması halında SOCAR zavodun borc öhdəliklərini öz üzərinə götürməyi planlaşdırmır.
Xəbər verildiyi kimi, “Sberbank” Antipin NEZ-in (Tümen) bir neçə potensial alıcısı ilə danışıqlar aparır.
“Dəfələrlə məlumat vermişik ki, potenmsial investorlarla danışıqlar aparırıq. Onlardan biri SOCAR-dır (ARDNŞ)”, - “İnterfaks”a çərşənbə günü “Sberbank”dan məlumat verilib.
“Antipin NEZ üzrə təşəbbüskar biz, kreditorlar olmuşuq (müflisləşməyə dair - İF). Treydinq hesabına gəlir əldə edən şirkətlıər tədasrükü dayandırdılar, zaviod fəaliyyətini dayandırdı. Bunun nə dərəcədə tərəfdaşlıq nöqteyin-nəzərindən düzgün olduğunu səyərləndirmək istəmirəm, lakin bu baş verdi. Həm də kreditor olan treyderlərdən biri məhkəməyə müraciət edərək zavodun bütün aktivlərinə həbs qoydurdu. Zavod özü müflis olması bəyanatı ilə müraciət edib. Həmin zaman biz də ilk olmaq məqsədilə müraciət etdik. Bizdə zavodun bütün əmlakı girov qoyulub, biz borcumuzu almaq üçün müraciət etmişik, zavodun səhmlərinin 80%-ni götürdük. Hazırda potensial ixtisaslaşmış investorlarla danışıqlar aparırıq. Əlbəttə ki, satsaq yalnız böyük təcrübəyə malik olan şirkətlərə satacayıq. Maraqlananlar var, düşünürəm ki, yaxın zamanda əqdin strukturlaşmasına çıxacağıq”, - öncə “Sberbank”ın rəhbəri German Gref qeyd edib.
Xəbər verildiyi kimi, “Bloomberg” agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, “Sberbank” SOCAR-ı Antipin Neft Emalı Zavodunun daha mümkün alıcısı kimi nəzərdən keçirir. ARDNŞ xaricdə energetika sahəsində biznesini genişləndirir, Türkiyədə NEZ inşa edir və ölkənin yeganə neft-kimya kompleksinin idarəçiliyini həyata keçirir. Şirkət, həmçinin İsveçrə, Ukrayna, Gürcüstan və başqa ölkələrdə pərakəndə şəbəkələrə malikdir.
“Sberbank” mayın 23-də “Antipin NEZ” SC-nin 80%-nə sahib olan Kiprin “Vikay Industrial Limited” şirkətinin səhmləri üzərində mülkiyyət hüququ əldə edib. Bank NEZ-dən borcun alınmasına dair qərar qəbul edib. Zavodun yerdə qalan 20%-i isə vəkil Nikolay Yeqorova məxsusdur.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət