Bu gün Ermənistan dünyada nasizmin qalib gəldiyi yeganə dövlətdir. Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov deyib.
“Əfsuslar olsun ki, Ermənistan dünya ictimaiyyətindən bu ölkədə nasizm və irqçiliyin dövlət siyasətinin elementləri olması faktını gizlətməyə müvəffəq olub. Dünya ictimaiyyətinin bunu görməyə çalışmaması da mümkündür”, - Axundov Ermənistanın baş naziri Nikol Paşinyan və Londonun “Arsenal” klubunun futbolçusu Genrix Mxitaryan arasında baş tutan telefon söhbətini şərh edərkən bildirib.
Söhbət zamanı Paşinyan bəyan edib ki, Mxitaryan UEFA Avropa Liqası final oyununda “Bakının irqçilik mövqeyi səbəbindən” oynaya bilməyib.
“Qəribə odur ki, bunu paytaxtın mərkəzində nasist Njdeyə abidə ucaldılan ölkənin baş naziri bəyan edir. Njdenin monoetnik dövlət yaratmağla bağlı əsas ideyaları sovet və müstəqil Ermənistanın gələcək rəhbərləri, həmçinin Sovet İttifaqının rəhbərləri tərəfindən həyata keçirilib. İndi isə özlərini irqçi, nəzəriyyələrini isə irqçilik adlandıran erməni liderləri qəhrəmanlaşdıran ölkənin baş naziri nədənsə Azərbaycanı irqçilikdə ittiham edir”, - Axundov bildirib.
Onun sözlərinə görə, İrəvanda hökumət binaları kompleksi ilə üzbəüz böyük abэdısi ucaldılan Qareqin Njde rəsmi qaydada irqçi olduğunu etiraf edib və onun “tsexakron” nəzəriyyəsi rus dilinə “irqçilik” kimi tərcümə olunur.
“Niyə mən deyirəm ki, Ermənistan nasizmin qalib gəldiyi ölkədir? Çünki bir zamanlar dünya Almaniyada nasizmə qalib gəldi, Ermənistanda isə nasizm artıq bizə qalib gəlib. Sübutlar? Onların sayı çoxdur. Monoetnik dövlət yaratmağa müvəffəq olmayan Üçüncü reyxin rəhbərliyindən fərqli olaraq, İrəvan analoji hədəfə çatdı, həm də polietnikliyi ilə tanınan Qafqaz regionunda. Hitler işğal olunmuş şəhərlərin və yaşayış məntəqələrinin adlarını dəyişdirməyə müvəffəq olmadı, millətçi Ermənistan isə bunu etdi və2 min toponim və hidronimlərin hamısının adlarını dəyişdi. Hitler Paris, Varşava, Praqa və s. iri şəhərləri məhv etmək ideyasını reallaşdıra bilməyibsə, ermənilər Azərbaycanın İrəvan qalasını, 850 binanın hamısını və işğal olunmuş ərazilərdə digəır şəhərləri məhv ediblər”, - Axundov vurğulayıb.
O qeyd edib ki, tsexakronizm ideologiyası 1932-ci ildə yaradılıb və 1920-ci ildə Nasional Sosialist Alman Fəhlə Partiyasının manifestinin erməniləşdirilmiş nüsxəsidir.
“Misal üçün, Ermənistanın “Draşak” beynəlxalq dərgisində nəşrin baş redaktoru, Ermənistanın keçmiş baş naziri Vratyanın Mussolinin faşizm ideyasının ermənilərdən oğurlaması haqqında sözlər dərc olunmuşdu”, - Axundov bildirib.
O əlavə edib ki, İkinci Dünya müharibəsi dövrünün SSRİ-nin arxiv məlumatlarının araşdırılması zamanı açıq şəkildə nasizm və irqçilik ideyaları ilə həmrəy olduqlarını etiraf edən çox sayda ermənilər aşkar edilib. Misal üçün, Təhlükəsizlik Xidməti və Abverin keçmiş agenti, bir zamanlar Njdeni Üçüncü Reyxin xarici kəşfiyyat xidməti üçün cəlb edən etnik erməni Kamsarakanın ifadələrindən görünür ki, SSRİ DİN əməkdaşları tərəfindən dindirmə zamanı o “tsexakron” sözünü rus dilinə “irqçilik”, təşkilatın eyniadlı adını “İrqçilər” kimi tərcümə edirdi.
Yəni, guya “tsexakron” anlayışının rus dilinə kontekstual deyil, sözün əsl mənasında, “kalka edilmiş” tərcüməsi olan “rodover”in neologizmi son zamanlar erməni təbliğatçıları tərəfindən qəsdən uydurulub ki, bu sözün əslinə uyğun tərcüməsini gizlətsin və ya tərcüməsini ideoloji determinizmdən məhrum olan, daha ahəngdar variantla əvəz olunsun.
Lakin yalnız Njde və Kamsarakan tsexakron nəzəriyyəsini iqrçi nəzəriyyə kimi müəyyən etməyib. 2007-ci ildə İrəvanda SSRİ DTK hərbi əkskəşfiyyat xidmətinin polkovniki, 1952-1953-cü illərdə kapitan rütbəsi və Ermənistan SSR Dövlət Təhlükəsizlik Nazirliyinin 1-ci şöbəsinin baş əməliyyatmüvəkkili vəzifəsini daşıyan və Njde iləoperativiş aparan V.M.Ovsepyanın “Qaregin Njde və DTK: Kəşfiyyatçının xatirələri” adlı memuarlar işıq üzü görüb. Müəllif kitabında qeyd edir ki, 28 avqust 1947-ci ildə baş tutan dindirmə zamanı Njdenin “Daşnaktsutyun” partiyası üzrə keçmiş silahdaşı Ovanes Devedjyan bəyan edib: “Əgər “tsexakron” sözünün mənasını izah etsək, irqə pərəstiş, onun təmizliyinin qorunması alınır, bu da nasizm-hitlerizmə uyğundur”.
Bununla, Njde özünün “Tsexakronizm” ideologiyası ilə erməni gerçəkliyində faşizmi təbliğ edib.
“Göründüyü kimi, ХХ əsrin ortalarında Avropa dövlətlərinin paytaxtlarında universitetləri bitirən, bir neçə dil bilən erməni milliyyəyindən olan təhsilli ziyalılar, ən azı 3-4 xarici dili yaxşı bilən Kamsarakan, Devedjyan, Njde özü də, “tsexakron” sözünü rus dilinə tərcümə edərkən “rodover” mifik anlayışdan deyil, konkret və aydın olan “irqçilik” və ya “nasizm” sözündən istifadə ediblər. Eyni zamanda, onlar hər biri bu barədə danışarkən dərk edirdilər ki, tsexakron – ermənilərin irqi və ya milli üstünlüyü ideologiyasıdır”, - Axundov vurğulayıb.
Beləliklə, bütün bu sübutlar Njdenin nasist və erməni nasist partiyasının yaradıcısı olması faktını təsdiq edir.
“Bu gün biz görürük ki, Ermənistanın yeni rəhbəri Paşinyan da əvvəlki rəhbərlər – Robert Koçaryan və Serj Sarkisyan kimi bu cür irqçi bəyanatı ilə Njdenin nasist ideyaları ilə həmrəyliyini hər vəchlə vurğulayır. Bu gün Ermənistanda nasizmin qələbəsini görürük, baxmayaraq ki, bütün dünyada onunla dövlət səviyyəsində mübarizə aparılan bəla kimi qəbul ediblər. Bu səbəbdən Paşinyan nəinki İrəvanın mərkəzində ucaldılan Njdenin abidəsini sökdürməyib, həm də heç zaman irqçiliyə yer olmayan, əksinə çox sayda xalqların, həmçinin ermənilərin milli və dini tolerantlıq şəraitində yaşadığı polietnik Azərbaycanı guya irqçilikdə ittiham edir”, - Axundov bəyan edib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət