Ermənistanın indiki hakimiyyəti baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların davam etdirilməsində maraqlı deyil və bu məsələdə məsuliyyəti özgəsinin üzərinə qoymağa çalışır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev belə hesab edir. “Belə bir hiss yaranır ki, N.Paşinyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına görə məsuliyyəti özgəsinin üzərinə qoymağa çalışır, çünki gah bəyan edir ki, Qarabağ adından danışıqlar aparmaq hüququ yoxdur, gah da erməni xalqına müraciət edərək bildirir ki, Qarabağ problemini elə onun özü həll etməlidir. Bu, onu göstərir ki, N.Paşinyan “Dağlıq Qarabağ münaqişəsini praktiki olaraq həll etmək istəmir və bunun üçün müxtəlif bəhanələr axtarıb tapır. Bu bəhanələr şüar kimi gözəl səslənsə də, praktiki baxımdan əsassızdır”, - deyə R.Mehdiyev rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirib.
Onun fikrincə, N.Paşinyan problemin həllini uzatmaq mövqeyi tutub (Koçaryanın və Sarkisyanın taktikası).
R.Mehdiyev qeyd edib ki, Ermənistan qoşunlarını işğal edilmiş ərazilərdən çıxaracağı təqdirdə Bakı Dağlıq Qarabağın erməni icmasının təhlükəsizliyinə zəmanət verməyə hazırdır.
O, Minsk qrupunun həmsədrlərini erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması və məcburi köçkünlərin öz evlərinə qaytarılması üçün səylərini artırmağa çağırıb.
Prezident Administrasiyasının rəhbəri diqqəti işğal olunmuş ərazilərdə Suriyadan olan erməni qaçqınların məskunlaşdırılmasına yönəldib.
“Erməni mənbələrinə əsasən, “Suriyada müharibə başlayandan etibarən Ermənistana 17 mindən çox erməni və suriyalı qaçqın köçüb, onların bir hissəsi Dağlıq Qarabağda yerləşdirilib”, - deyə R.Mehdiyev vurğulayıb.
O hesab edir ki, Ermənistanın təcavüzkar siyasəti onu irimiqyaslı regional layihələrdən kənarda qalmasına səbəb olub.
“Məsələn, 2018-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatını 4 dəfə üstələyib, Azərbaycanın strateji valyuta ehtiyatları Ermənistanın analoji göstəricilərindən 20 dəfə, əhalisi isə 3,3 dəfə çoxdur. “BE Berlin Economics GmbH “ konsaltinq şirkətinin Berlin qərargahı 2019-cu ilin yanvarında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistana və Azərbaycana iqtisadi təsiri” adlı araşdırma hazırlayıb. Həmin sənədə əsasən, Ermənistan üçün sülhün əsas iqtisadi faydaları, məsələn, aşağıdakı sahələrdə ola bilər: dövlət maliyyələri, çünki hərbi və müdafiə xərclərinin azaldılması büdcə vasitələrinə qənaət edilməsinə, büdcə kəsirinin kəskin azalmasına və sosial sahədə xərclərin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxara bilər; energetika və su təsərrüfatı, çünki iki ölkənin enerji sistemləri birləşdiriləcəyi halda elektrik enerjisinin istehsalı daha ucuz başa gələr, bu isə Ermənistan üçün xüsusilə faydalı olardı; maliyyə bazarları və investisiyalar, çünki münaqişənin həlli birbaşa xarici sərmayələrin artmasına, kredit reytinqinin yaxşılaşmasına və faiz dərəcələrinin azalmasına gətirib çıxaracaq; ticarət, çünki Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması ikitərəfli ticarətin və tranzitin genişlənməsinə gətirib çıxaracaq. Bu da Ermənistandan Türkiyəyə illik ixracı 123 milyon dollara, Ermənistanın ticarət dövriyyəsində Türkiyənin payını isə 13 faizə çatdırmağa imkan verəcək”, - deyə Prezident Administrasiyasının rəhbəri qeyd edib.
R.Mehdiyev ümidvar olduğunu bildirib ki, Ermənistan rəhbərliyi münaqişənin həllindən əldə edə biləcəyi bütün üstünlükləri dərk edəcək və çoxdan gözlənilən sülhü əldə etmək istiqamətində əməli addımlar atacaq.*
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət